Türkiyə mətbuatının verdiyi məlumata görə, Tokat vilayətində hərbi vertolyotun qəzaya uğraması nəticəsində üç əsgər həlak olub.
Xəbərlərdə deyilir ki, Qara dəniz sahilində Giresun hərbi bazasından Ankaraya uçan vertolyotda olan beş nəfərin hamısı həlak olub.
Qəza dumanlı hava şəraitində baş verib. Lakin təhqiqatçılar hələlik qəzaya nəyin səbəb olduğunu aydınlaşdırmayıblar.