Accessibility links

Angela Merkel:"Çoxmillətli cəmiyyət siyasətimiz baş tutmadı."


Angela Merkel:"Çoxmillətli cəmiyyət siyasətimiz baş tutmadı."
Angela Merkel:"Çoxmillətli cəmiyyət siyasətimiz baş tutmadı."

Almaniya kansleri deyib ki, 40 il müxtəlif mədəniyyətlərin birgə mövcudluğu şəraitində çoxmillətli cəmiyyətin qurulmadığını etiraf etmək lazımdır

Almaniya kansleri Angela Merkelin ölkədə müxtəlif çoxmillətli cəmiyyət yaratmaq səylərinin baş tutmamasını bildirməsi Türkiyədə bəzi insanlar tərəfindən təəssüf hissi ilə qarşılanıb.

Kansler Angela Merkel mənsub olduğu Xristian Demokratik Birlik partiyasının gənc üzvləri qarşısında çıxışı zamanı deyib ki, Almaniya ölkəyə gələn mühacirləri qəbul etməyə hazırdır. Lakin o bildirib ki, onlar alman dilini öyrənməli və ölkənin mədəni normalarına riayət etməlidir.

Angela Merkel etiraf edib ki, 1960-cı illərdə o zaman Qərbi Almaniya öz qapılarını İkinci Dünya müharibəsindən sonra dağılmış ölkəni bərpa etməyə kömək edən türk işçi qüvvəsi üçün açmışdı. Almaniyanın siyasətçiləri bu işçi qüvvəsinin bir vaxt geri, vətənə dönəcəyinə inanırdı. Lakin bunun əvəzində onlar Almaniyada qaldı və indi onların övladları artıq özləri ailə qurmağa başlayır. Hazırda Almaniyada 3,5 milyon türk yaşayır.

Almaniyada türk icmasının rəhbəri Kenan Kolat deyir ki, türklər Almaniyada cəmyyətin üzvləri olmaq üçün hər şey etdilər. “Amma indi onların və bizim mədəniyyəti var. Almaniyada sağ cinah tendensiyası bizi və kansleri narahat edir.” –deyə o bildirir.

Türkiyədə siyasi şərhçi və sənədli film ustası Neval Sevindi kansler Merkelin çıxışının təəssüf hissi doğurduğunu bildirir və deyir ki, bu sözlər yalnız yaşlanmaqda olan alman əhalisinə ünvanlanıb.

Almaniya və digər Avropa ölkələri özlərini mühacir ölkələr hesab edir. Kansler Angela Merkel təxminən beş milyon müsəlmanın yaşadığı ölkədə çoxmillətli cəmiyyət qurmaq səylərinə skeptik yanaşdığını bildirib.

Mühacirlərin çoxu alman dilində yaxşı danışmır, az maaşlı işlrədə çalışır, ya da hökumətdən yardım alır. Lakin eyni zamanda, Almaniyanın əhalisi yaşlanır və yüksək peşəkar işçilərə ehtiyac duyulur.

Keçən həftə Almaniyanın bir neçə universitetində dini ayinləri alman və türk dillərində icra edə bilən imamlara təhsil vermək üçün şöbələr açılıb. İmamların çoxu Almaniyaya Türkiyədən gəlir və alman dilində danışa bilmir.

Almaniya və Türkiyə arasında Avropa Liqasının təsnifat mərhələsində keçən həftə keçirilən oyun zamanı da gərginlik müşahidə olundu. Almaniya komandasının ulduzu, türk mənşəli Mesut Özil Berlinin Olimpiya stadionunda Almaniyanın azarkeşlərini qat-qat üstələyən Türkiyə azarkeşləri tərəfindən fitlə qarşılandı.

22 yaşlı Özil kansler Merkelin müvəffəq inteqrasiya modeli üçün nümunə ola bilər.Türkiyə prezidenti Abdulla Gül Özilin valideynlərinin vətəni olan Türkiyə deyil, Almaniya tərəfində oynamaq qərarını alğışladığını bildirib.

XS
SM
MD
LG