Accessibility links

Türkiyənin inşaat sektorunda təhlükəsizlik narahatlıq mövzusudur


Türkiyədə 10 inşaat işçisinin ölümü böyük etirazlara səbəb olub. Bu ayın əvvəllərində 301 adam mədən partlayışında həlak olub. Təkcə bu il 1500-dən artıq işçinin həlak olduğu qeydə alınıb.

10 nəfər liftlə qalxarkən 32 mərtəbədən düşüb. Ölənlər arasında yenicə işə başlayan iki əkiz qardaş da var. İşçilər lift qəzasının gözlənildiyini deyir. Onlar liftdə paraşüt və ya tormoz sisteminin olmadığından şikayətlənir.

Türkiyə iş qəzaları baxımından Avropada ön sıralardayer alır

​İnşaat şirkəti isə səhlənkarlığa yol verildiyini rədd edir. Baxmayaraq ki, mətbuatda ölüm hallarına geniş yer verilməsi inşaatın təhlükəsizliklik durumunu sual altına qoyub. Bu, iqtisadiyyat üzrə professor Cengiz Aktarın fikridir. "Nəzarət, işçilərin təhlükəsizliyi lazımi səviyyədə deyil. Türkiyə iş qəzaları baxımından Avropada ön sıralardayer alır. Əlcəzair və Salvadordan sonra Türkiyə dünyada 3-cü yerdədir."

İstanbulda təşkil edilən etiraz aksiyasının iştirakçıları “Bu, qəza deyil, bu, qətldir” kimi şüarlar səsləndirib. Minlərlə qəzəbli insanın toplaşdığı aksiya polis tərəfindən gözyaşardıcı qaz və təzyiqli su ilə dağıdılıb.

May ayında 301 insan mədən qəzasının qurbanı olub. Hadisəyə yetərsiz təhlükəsizlik ölçüləri və dövlətin təftiş aparmamasının yol açdığı deyilir.

Baş nazir Əhməd Davutoğlu isə həmkarlar ittifaqlarını günahlandırıb. O deyib ki, qanunlar barədə işçilərlə maarıfləndirmə işi aparılmır. Baş nazir həmkarlar ittifaqlarının işçiləri hüuquqları ilə tanış etmədiyini bildirib.

Baş nazir Əhməd Davutoğlu

Baş nazir Əhməd Davutoğlu

​Həmkarlar ittifaqlarının liderləri isə tənqidləri rədd edərək, hakim AKP-ni günahlandırır.

Professor Aktarın dediyinə görə, inşaat ittifaqları təzyiqlər altındadır. "Nəzarət azaldıqca Türkiyə iqtisaiyyatının mühüm hissəsi olan inşaat sektoru böyüməkdədir. Bu sektorda milyonlarla insan çalışır. Onların əksəriyyəti fəhlələrdir. Türkiyədə kənd təsərrüfatı zəiflədikcə, insanlar hər işə razı olur. Onlar nə təhlükəsizliyə, nə də sosial təminata fikir verir. Əlbəttə, şirkətlər həmkarlar ittifalarına nifrət edir. Belə ki, onlar ucuz əmək və istənilməyən işçidən rahatlıqla yaxa qurtarmağa çalışır."

Türkiyədə kənd təsərrüfatı zəiflədikcə, insanlar hər işə razı olur. Onlar nə təhlükəsizliyə, nə də sosial təminata fikir verir.

İstanbul inşaat bumunun mərkəz nöqtəsidir. Göydələnlər meydanına çevrilən bu şəhərdə bütün bu qəzalara baxmayaraq, fəhlələrin çoxu iş yerlərinə qayıtmağa məcburdur. Lakin hamısı deyil. Türkiyə mətbuatının yazdığına görə, iş şəraitindən şikayət edən 20 nəfər artıq işini itirib. Bu onların təhlükəsliyi baxımından müsbət hal hesab edilsə də, ailələrini ehtiyaca məhkum edir.

XS
SM
MD
LG