Accessibility links

Türkiyədə vəziyyət gərgin olaraq qalır


Dünən Türkiyədə iğtişaş polisinin nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə etməsindən sonra vəziyyət gərgin olaraq qalır. Aksiya iştirakçıları hökumətin intenetə nəzarətini artıracaq yeni qanuna etiraz edir.

Türkiyə parlamenti hökumətin İnternetə nəzarətini artıracaq qanunu keçən həftə təsdiq edib. Yekun təsdiq qazandıqdan sonra qanun istifadəçilərin son 3 il ərzindəki fəaliyyətləri barədə hökuməti məlumatlandıracaq.

Qanun dünən baş nazir Receb Tayyib Ərdoğanın hakim partiyasının 550 yerdən 319-na sahib olduuı parlamentdə asanlıqla təsdiq edilib.

Qüvvəyə minməsi üçün sənəd prezident Abdulla Gül tərəfindən imzalanmalıdır.

Qanun hökumətə məhkəmə hökmü olmadan veb səhifələri bağlamaq səlahiyyəti verəcək.

Müxalifət liderləri və mətbuat azadlığı müdafiəçiləri bu ölçünü Türkiyədə ifadə azadlığının boğulması sahəsində növbəti addım adlandırır.

Jurnalistlərin Müdafiəsi Komitəsi qanunu jurnalistlərin ən çox həbs edildiyi ölkədə internet avtoritarizminə keçid kimi qiymətləndirir.
Ötən cümə günü “Today’s Zaman” qəzetinin müxbiri və bloger Mahir Zeynalov Türkiyə hökuməti tərəfindən deportasiya edilib.

Türkiyənin “Zaman” qəzetinin məlumatına görə, Azərbaycan vətəndaşı Mahir Zeynalovun deportasiya edilməsinə səbəb müxbirin Türkiyə hökuməti əleyhinə və xüsusən də ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı yazılar yazmasıdır.

Baş nazir Ərdoğan isə tənqidləri rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG