Accessibility links

Türkiyə prezidenti internet məhdudiyyətlərinə dair qanuna veto qoymağa çağırılır


Türkiyənin müxalifət partiyaları prezident Abdulla Gülü internet məhdudiyyətlərinə dair qanuna veto qoymağa çağırır.

Türkiyə parlamenti hökumətin İnternetə nəzarətini artıracaq qanunu təsdiq edib.

Yekun təsdiq qazandıqdan sonra qanun istifadəçilərin son 3 il ərzindəki fəaliyyətləri barədə hökuməti məlumatlandıracaq.

Xalq Cümhuriyyəti Partiyasının sədri Kamal Kılıncdaroğlu prezidenti demokratiya yolunu seçməyə çağırıb.

Prezident Gülə qarşı təkcə yerli deyil, beynəlxalq təzyiqlər də artmaqdadır.

Human Rights Watch-un Türkiyə üzrə tədqiqatçısı Emma Sinkleyr deyir ki, biz prezidenti qanuna veto qoymağa çağırırıq. “Çünki qanun məsləhətləşmələr olmadan qəbul edilib. Düşünürük ki, prezidentin ifadə azadlığı və vətəndaşların azad informasiyaya çıxışlarını müdafiə etmək kimi bir səlahiyyəti var.”

Qanun baş nazir Receb Tayyib Ərdoğanın hakim partiyasının 550 yerdən 319-na sahib olduğu parlamentdə asanlıqla təsdiq edilib.

Qüvvəyə minməsi üçün sənəd prezident Abdulla Gül tərəfindən imzalanmalıdır.

Qanun hökumətə məhkəmə hökmü olmadan veb səhifələri bağlamaq səlahiyyəti verəcək.

Müxalifət liderləri və mətbuat azadlığı müdafiəçiləri bu ölçünü Türkiyədə ifadə azadlığının boğulması sahəsində növbəti addım adlandırır.

Jurnalistlərin Müdafiəsi Komitəsi qanunu jurnalistlərin ən çox həbs edildiyi ölkədə internet avtoritarizminə keçid kimi qiymətləndirir.

Avropa İttifaqı və Avropa Şurası da qanunun qüvvəyə minməsinə yol verilməməsini istəyir.

Ötən şənbə günü Türkiyədə hökumətin intenetə nəzarətini artıracaq yeni qanuna etiraz edən aksiya iştirakçıları iğtişaş polisi tərəfindən gözyaşardıcı qaz və təzyiqli su ilə hücumuna məruz qalıb.

Abdulla Gül keçən ay internet azadlığının əhəmiyyətindən danışıb. Xüsusilə də sosial medianın. Lakin prezident hakim AKP-nin üzvüdür.

Türkiyənin Milliyet və Al-Monitor qəzetinin köşə yazarı Kadri Gürsel deyir ki, prezident çox siyasi bir balanslaşdırma taktikasından istifadə edir."Cənab Gül özünü mühafizəkar islam hərəkatı çərçivəsində Ərdoğana alternativ kimi təqdim edir. O, bunu Ərdoğan hökumətinə meydan oxuyaraq etmir. Prezident hökumətin qanun layihələrini asanlıqla imzalayır və hökumətin qüdrətinin məhdudlaşdırılması sahəsində heç bir addım atmır."

Baş nazir Ərdoğan isə yeni internet qanununu müdafiə edib, tənqidçiləri isə kəskin şəkildə pisləyib. O deyib ki, yeni qaydalar internetin senzurası demək deyil, əksinə qanun onun azadlığı və təhlükəsizliyinə xidmət edir.

İndi president Gül qanuna veto qoymuş olsa belə, onun ikinci dəfə təsdiqindən sonra qəbul etməyə məcbur olacaq. Lakin təhlilçilər vetonun Ərdoğanın siyasi nüfuzuna zərbə olacağını deyirlər. Bu, baş nazir və prezidentin iştiraklarını istinasta etmədikləri prezident seçkilərinə də təsirini göstərəcək.
XS
SM
MD
LG