Accessibility links

Türkiyə və İran ikitərəfli ticarətin həcmini artırmaq istəyir

  • Amerikanın səsi

Baş nazir Ərdoğan deyib ki, o, İranla ikitərəfli ticarətin həcmini ildə 10 milyard dollardan 30 milyard dollara qədər artırılmasını nəzərdə tutan razılığın əldə edilməsini istəyir

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan gələn beş il ərzində İranla ticarətin üç dəfə artırılmasını istədiyini bildirib. Cənab Ərdoğan bu açıqlamanı bu gün İstanbulda Türkiyə-İran biznes forumunda çıxışı zamanı verib. Bu, Tehranın BMT sanksiyalarına məruz qaldığı, Avropa Birliyi, ABŞ və bir sıra başqa ölkələrin nüvə proqramına görə İrana qarşı əlavə cəza tədbirləri tətbiq etdiyi zaman baş verir. Cənab Ərdoğan deyib ki, o, İranla ticarətə dair ikitərəfli ticarətin həcmini ildə 10 milyard dollardan 30 milyard dollara qədər artırılmasını nəzərdə tutan razılığın əldə edilməsini istəyir. Forumda iştirak edən İranın birinci vitse-prezidenti Məhəmməd Reza Rahimi Türkiyə və İran arasında iqtisadi əməkdaşlığın artırılmalı olduğu fikri ilə razılaşdığını bildirib.

XS
SM
MD
LG