Accessibility links

Türkiyə İrana qarşı yeni sanksiyaların effektivliyində başlıca rol oynaya bilər


Fransa Xarici İşlər naziri Alan Düpre və Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu
Fransa Xarici İşlər naziri Alan Düpre və Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu

Ekspertlər hesab edir ki, İrana qarşı sanksiyaların tətbiqinə dair səylər gücləndiyi zaman gələn aylar Qərb dövlətləri Ankara ilə diplomatik müzakirələri artıracaq

Qərb dövlətləri İranın mübahisəli nüvə proqramına görə daha ciddi sanksiyaların tətbiq edilməsinin mümkünlüyünü müzakirə etdiyi zaman təhlilçilər hesab edir ki, cəza tədbirlərinin effektivliyi Türkiyənin onlara dəstəyinin səviyyəsindən asılı olacaq. Fransa xarici işlər nazirinin Türkiyəyə səfəri zamanı yeni sanksiyaların tətbiqi üçün diplomatik təzyiqlərin artırılacağı gözlənilir.

Suriyada böhran dərinləşdiyi bir vaxt İranın nüvə proqramı ilə bağlı sanksiyalar Fransa xarici işlər naziri Alan Düprenin Türkiyə prezidenti və başqa rəsmilərlə müzakirələrinin diqqət mərkəzindədir.

BMT-nin nüvə agentiyinin Vyanada keçirilən iclasında iştirak edən dünyanın qüdrətli dövlətlərinin nümayəndələri İranın nüvə proqramından atom silahı istehsal etmək məqsədilə inkişaf etdirdiyinə dair dərin və artan narahatlıqlarını ifadə ediblər. İran nüvə proqramının dinc mahiyyət daşıdığını iddia edir.

Lakin Tehranın nüvə proqramının dinc mahiyyət daşıdığına dair iddialarına baxmayaraq, Qərb dövlətləri İrana qarşı daha ciddi sanksiyaların tətbiqinə çalışır. Londonda yerləşən Beta Matrix məsləhət şirkətində İranı monitorinq edən təhlilçi Mehrdad Emadi deyir ki, yeni ölçülərin müvəffəqiyyəti Türkiyənin İranla ticarət əlaqələri nəzərə alınaraq Türkiyənin əməkdaşlıq səviyyəsindən asılı olacaq. “Biz regionda Türkiyənin sanksiyaların daha effektiv, daha şəffaf olmasını təmin etmək, eyni zamanda, Türkiyənin biznes şirkətlərinin və ticarətçilərinin, həmçinin İranın ticarət agentlərinin sanksiyaların effektivliyini azalda biləcək davranışının qarşısını almaq üçün Türkiyənin oynadığı rolu nəzərən qaçırmamalıyıq”-deyə o bildirir.

Lakin Ankara Avropa İttifaqı və ABŞ-ın İrana qarşı ölçüləri gücləndirməsi səylərinə dəstək verməkdən imtina edərək, yalnız BMT sanksiyalarını dəstəkləyə biləcəyini bildirir. Kadir Has univeristetində beynəlxalq əlaqələr üzrə ekspert Soli Özel deyir ki, bu, maliyyə baxımından Türkiyəni çətin vəziyyətdə qoyur . “İran qazı Türkiyənin enerjiyə ehtiyacının 20 faizini təmin edir. Yük maşınlarının Mərkəzi Asiyaya keçməsi üçün də Türkiyənin İrana ehtiyacı var. Lakin müttəfiqlərin təzyiqlərinə də müqavimət göstərmək çətin olacaq”-deyə o bildirir.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan sanksiyaları dəstəkləməkdən imtina edərək deyib ki, sanksiyalar hökumətlərdən daha çox xalqlara təsir göstərir. Lakin cənab Erdoğanın yaxın zamanlarda hökumət əleyhinə nümayişlərin dağıdılmasına görə Suriyaya qarşı sanksiyaların tətbiq ediləcəyi elan edəcəyi gözlənilir.

Kultur universitetində beynəlxalq əlaqələr üzrə ekspert Murat Bilhan Türkiyə Xarici İşlər nazirliyinin strateji araşdırmalar şöbəsinin rəhbəri olub. O deyir ki, Türkiyə hörmətlə davranıldığı halda, Qərbin sanksiyalarla bağlı danışıqlarına daha az müqavimət göstərə bilər. Onun sözlərinə görə, Türkiyəyə nəyi isə qəbul etdirmək olmaz. O bildirir ki, Türkiyə ilə danışıqlarda bütün səviyyələrdə detallar nəzərə alınmalıdır. O deyir ki, əvvəlki danışıqlarda problem məhz bundan ibarət idi.

Bu məqsədlə İrana qarşı sanksiyaların tətbiqinə dair səylər gücləndiyi zaman müşahidəçilər gələn aylar Ankaraya diplomatik səfərlərin artacağını gözləyir.

XS
SM
MD
LG