Accessibility links

Türkiyədə 3 təhlükəsizlik rəsmisi işindən kənarlaşdırılıb


Ankarada qanlı terror hücumları ilə bağlı 3 təhlükəsizlik rəsmisi işindən kənarlaşdırılıb. Bu ölçüyə prezident Rəcəb Tayyib Ərdoğanın yanlışlıqlara yol verildiyini etiraf etməsindən sonra əl atılıb.

Türkiyənin Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, Ankaranın bələdiyyə polis idarəsinin sədri, kəşfiyyat və təhlükəsizlik departamentlərinin rəhbərləri işindən kənarlaşdırılıb. Nazirlik kənarlaşdırmaları bomba hücumlarının “sağlam araşdırılması “ ilə izah edib.

Ərdoğan və onun hakim partiyası 100 adamın ölümü, yüzlərlə insanın xəsarət alması ilə nəticələnən hücumlara görə ciddi tənqidlər altındadır. Prezident deyib ki, səlahiyyətlərindən istifadə edərək, hücumların dərindən təhqiqinə göstəriş verib.

Türkiyənin dövlət başçısı Suriyadan alınan kəşfiyyat məlumatlarına görə, hücumların çox əvvəl planlaşdırıldığını deyib.

Prezidentin şərhi indiyədək yanlışlığa yol verildiyini inkar edən hökumətə qarşı təzyiqlərə işarədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG