Accessibility links

Türkiyə İŞİD-ə qarşı hava hücumları həyata keçirib


ABŞ-ın Suriyada İŞİD qrupuna qarşı başçılıq etdiyi koalisiya hücumlarının bir hissəsi olaraq Türkiyənin döyüş təyyarələri İŞİD-ə qarşı ilk hava hücumlarını həyata keçirib.

Döyüş təyyarələri ötən cümə günündən bəri Suriya ilə sərhəd boyu Türkiyə üçün təhlükə yaradan İŞİD-in mövqelərini hədəf alıb.

Aylardır yubanmalardan sonra Türkiyə ötən ay İŞİD ekstremist qrupuna qarşı döyüşlərdə fəal iştirak etməyə razılıq verib.

Vaşınqtonda Pentaqonun sözçüsü deyib ki, ABŞ Türkiyənin İŞİD-ə qarşı koalisiya əməliyyatlarında iştirakını yüksək qiymətləndirir.

"Bizim qırıcı təyyarələrimiz koalisiya tərkibində Daeşin mövqelərini hədəf alıb. Terrorizmlə mübarizə Türkiyənin prioritetidir"-deyə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda hansı mövqelərin hədəf alındığı barədə məlumat verilmir.

XS
SM
MD
LG