Accessibility links

Şənbə günü Türkiyə İraqda kürd yaraqlılarını da bombalayıb

Türkiyə artıq ikinci gündür Suriyada İslam Dövləti hədəflərinə qarşı hava hücumlarını davam etdirir. Bundan əlavə şənbə günü ilk dəfə Türkiyə İraqda kürd yaraqlılarını da bombalayıb.

Türkiyə baş naziri Əhməd Davudoğlu deyib ki, ölkənin təhlükəsizlik əməliyyatları ehtiyac duyulduğuna qədər davam edəcək və əlavə edib ki, Türkiyə qanunsuz bir ölkəyə çevrilməyəcək.

Bizim ordu zabitimizə qarşı hücum Türkiyəyə özünün müdafiə etmək hüququ verib

Türkiyə ilk dəfə olaraq Suriyada İslam Dövlətinə qarşı hava hücumları cümə günü başlayıb.

Türkiyə vətəndaşları sərhəd bölgəsində daha çox təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini və qonşu Suriyada yaraqlılara qarşı daha təcavüzkar fəaliyyəti alqışlayırlar.

“Bizim hökümət doğru qərar verib və biz bundan məmnunuq. Biz bunun davam etməsini istəyirik, çünki həyatımıza təhlükədən qorxuruq.”

Türkiyənin baş naziri deyir ki, islamçı yaraqlılar və kürd yaraqlılarına qarşı təhlükəsizlik əməliyyatları davam edəcək.

“Bizim ordumuzun zabitinə qarşı hücum Türkiyəyə özünü müdafiə etmək hüququ verib və bizim heç kəsi məlumatladırmaq kimi bir öhdəliyimiz yoxdur, amma biz yenə də müttəfiqlərimizi xəbərdar etdik, çünki aramızda koordinasiya olmalıdır. Biz dünən bu qərarı verdikdən sonra bizim Xarici İşlər Nazirliyinin rəsmiləri Birləşmiş Ştatlar daxil olmaqla digər müttəfiqlərimizi xəbərdar ediblər və sonra bu məlumat NATO və BMT-yə göndərilib.”

Bizim hökümət doğru qərar alıb və biz bundan məmnunuq

Eyni zmanada Ankarada yerləşən Xarici İşlər Nazirliyi ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri cənubi Türkiyənin Suriya sərhədindən fəliyyət göstərə biləcəyini elan edib.

İslam Dövləti qrupuna qarşı hava hücumlarından əlavə, Türkiyə anti-terror polisi kürd yaraqlılarına qarşı aparılan reydlər zamanı azı iki nəfəri həbs edib, digər 200 nəfər isə saxlanılıb.

XS
SM
MD
LG