Accessibility links

Anti-kapitalist müsəlmanlar [Təhlil]


Türkiyədə müqəddəs Ramazan ayı hökumətə qarşı etirazlar üçün katalizatora çevrilib. Hər gün orucdan sonrakı İftar naharı özünü “Müsəlmanlar Kapitalizmə Qarşı” adlandıran qrupun təşkil etdiyi hökumət əleyhinə etirazlarla başa çatır.

Anti-hökumət nümayişçilər oruc ayında öz mesajlarını çatdırmaq üçün yeni strategiya seçiblər. Onlar iftar zamanı İstanbulun ticarətin gur olduğu küçələrdə toplaşırlar. Böyük nümayişlərə səhnə olan Gezi parkından bir qədər aralıda qəzet üstündə oturmuş adamlar yemək paylaşırlar. Zirehli maşınların üstündə oturan iğtişaş polisi isə bu səhnəni seyr edir.

Adının açıqlanmasını istəməyən bir etirazçı bu yönümdə iftarların güclü mesaj olduğunu düşünür: “İnsanların hökumətə demək istədikləri var, insanların hökumətlə problemi var, insanları təzyiq altında saxlayan hökumət qəbuledilməzdir. Burada müxtəlif təbəqədən müxtəlif insanlar toplaşıb və biz iftarımızı birlikdə açmaqla hökumətə etirazımızı çatdırırıq.”

İftar etirazlarını özünü “Anti-kapitalist Müsəlmanlar” adlandıran qrup təşkil edir. Qrupun lideri İhsan Əliaçıq iqtidarda olan İslamçı Ədalət və İnkişaf (AKP) partiyasının Türkiyəni parçalamaq istədiyini deyir. “Müsəlmanlar Kapitalizmə Qarşı” hakim Ədalət və İnkişaf Partiyasının davranışına və partiya üzvlərini çoxaltmasına qarşı olduğunu deyir. Qrup eləcə də, hökuməti dəstəkləyənlərin və nazirlərin oruclarını lüks otellərdə açmalarına zidd olduğunu bildirir.

Onlar Ədalət və İnkişaf Partiyasının İslamı təmsil etməsi iddiasını rədd edirlər. Onların gənclər arasında potensialı güclüdür.
Yüksəl Taksin, Mərmərə Universiteti
İfratsız İslam kitabının müəllifi Mustafa Akyol bu qrupun hakim İslamçılara qarşı dünyəvi İslamçılar qrupu olduğunu deyir: “Bəlkə də bu bir az Latın Amerikasındakı xilas teologiyasına bənzəyir. Bu böyük qrup deyil, onları dəstəkləyənlər də azdır, buna görə də onların böyük siyasi gücə çevriləcəyinə inanmıram. Lakin onlar öz fikirləri, təklifləri ilə müzakirələrə yeni çalar gətirirlər. Mən onların orada olmalarından məmnunam.”

Hökumətin hesabatına görə, son 10 ildə iqtisadiyyatda inkişaflara baxmayaraq, zənginlərlə yoxsullar arasında böyük uçurum əmələ gəlib.

İstanbulun Mərmərə Universitetindən siyasi təhlilçi Yüksəl Taksin “Anti-kapitalist Müsəlmanlar” qrupunun dini və sosial ədaləti birləşdirən şüar qaldırdığını deyir: "Onlar Ədalət və İnkişaf partiyasının İslamı təmsil etməsi iddiasını rədd edirlər. Onların gənclər arasında potensialı güclüdür. Bəzən marginal ideyalar universitetlərdə münbit zəmin tapır və qısa zamanda yayılmağa başlayır.

Son zamanlar Türkiyə iqtisadiyyatındakı yavaşımanın və işsizliyin artdığı, eləcə də hökumətə qarşı etirazların davam etdiyi bir vaxt “Anti-kapitalist Müsəlmanlar” qrupunun çıxışları gələn il keçiriləcək seçkilərlə üzləşən baş nazir Rəcəb Tayyib Ərdoğanı daha da qıcıqlandıra bilər.
XS
SM
MD
LG