Accessibility links

İsrail və Türkiyə aralarındakı münasibətin normallaşması istiqamətində razılıq əldə edib.

2010-cu ildə İsrail Həmas yaraqlı qrupunun əraziyə nəzarət etdiyinə görə blokadaya alınmış Qəzza Zolağına yardım gətirən Türkiyə gəmisini saxladıqdan sonra iki ölkə arasında münasibətlər pozulmuşdur.

2010-cu ildə baş vermis insidentdə 10 türk fəalı öldürülmüşdü və Türkiyə hökuməti buna görə kompensasiya və fələstinlilərin ərazisinin blokadasının aradan qaldırılmasını tələb etmişdir.

Yüksək rütbəli rəsmilər münasibətlərin normallaşdırılmasının bir hissəsi olaraq bildirib ki, İsrail gəmiyə edilən ölümçül reydə görə üzr istəməli və hadisə qurbanlarının yaxınlarına və xəsarət alanlara 20 milyon dollar dəyərində pul ödənilməsi ilə razılaşıb. Razılığa iki ölkənin səfirliklərini bərpa etmələri də daxildir.

Yüksək rütbəli Türkiyə rəsmisi bildirib ki, razılığa Türkiyə hökumətinin Qəzza Zolağına humanitar yardım və digər qeyri-hərbi təchizatların çatdırılması və yaşayış binaları, eləcə də xəstəxanaların tikilməsi kimi infrastruktur layihələrdə iştirak etmək də daxildir.

Razılıq həm də Qəzza Zolağında su və elektrik çatışmazlığı kimi problemləri aradan qaldırmaq məqsədi daşıyır.

XS
SM
MD
LG