Accessibility links

Türkiyədə ABŞ səfirliyi önündə partlayış olub


Türkiyənin paytaxtı Ankarada Birləşmiş Ştatlar səfirliyi önündə baş vermiş intiharçı hücumunda azı bir nəfər həlak olub.

Bundan əvvəl əldə edilmiş məlumatda partlayış zamanı iki təhlükəsizlik işçisinin öldüyü deyilirdi.

Təcili yardım və yanğınsöndürənlər özlərini hadisə yerinə çatdırmışlar.

Polis, bir neçə başqa səfirliklərin də olduğu ərazini mühasirəyə alıb.

2008-ci ildə ABŞ-ın İstanbuldakı konsulluğunun önündə baş vermiş hücumda üç silahlı şəxs və üç polis işçisi öldürülmüşdür.
XS
SM
MD
LG