Accessibility links

Türkiyədə həbs edilmiş britaniyalı müxbirlərin azadlığa buraxılmasına çalışılır


ABŞ-da qərərgahlanan xəbər agentliyi terrorçuluq ittihamı ilə Türkiyədə həbs edilmiş iki britaniyalı müxbir və onların tərcüməçisinin azadlığa buraxılmasına çalışır.

Müxbir Cek Hanrahan və onun operatoru Filip Pendlburi Vice xəbər agentliyinin əməkdaşlarıdır.

Onlar Türkiyə əsgərləri ilə kürd yaraqlıları arasında gedən döyüşü video ilə çəkən zaman həbs edib.

Bir qədər sonra onlara İŞİD qrupuna yardım ittihamı irəli sürülüb. Terror ittihamlarrının nəyə əsaslandığı izah edilmir.

Rəsmi Türkiyə indi müxbirlər və onların tərcüməçisini 500 kilometr uzaqda yerləşən həbsxanaya köçürüb.

Türkiyə rəsmiləri yeni məhbəsdə çoxsayda ingiliscə danışan insanların olduğunu deyib. Lakin Vice xəbər kanalı onların köçürülməsini vəkillərdən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirir.

XS
SM
MD
LG