Accessibility links

Dövlətə qarşı casusluq və hökümətin Suriyaya silah keçirdiyini iddia edərək, terrorçu təşkilata yardım etmək ittihamlları ilə üzləşən iki jurnalistin məhkəmə işi bərpa edilib.

"Cumhuriyyət" qəzetinin baş redaktoru Can Dündar və Ankara bürosunun rəhbəri Erdem Gülünün məhkəməsi bağlı qapılar arxasında keçirilir və əgər onların təqsirli olduqları sübut olunarsa, jurnalistləri ömürlük həbs cəzası gözləyir.

Mətbuat azadlığına qarşı olduğu deyilən bu məhkəmə işi beynəlxalq ictimaiyyətin marağına səbəb olub. Məhkəmə keçən həftənin cümə günü başlayıb. Lakin müxalifət vəkillərinin və siyasətçilərin hakimin qərarını rədd etmələrindən sonra məhkəmə işini bu günədək təxirə salmışdı.

İstanbul məhkəməsi qarşısına toplaşan etirazçılar "Azad mətbuat, azad cəmiyyət!" şüarları səsləndirib.

Jurnalistlər 2014-cü ilin yanvar ayında çəkilmiş yük maşınlarının Türkiyədən Suriyaya keçdiyini göstərən şəkilləri nəşr etməkdə ittiham olunur. Qəzet bu şəkillərin Türkiyənin qaçaqmalçılıq yolu ilə Suriyaya silah keçirdiyininin sübutu olduğunu iddia edib.

XS
SM
MD
LG