Accessibility links

Avropa Şurası: Türkiyədə konstitusiyaya dəyişiklik geriyə doğru təhlükəli addımdır


Avropa Şurası Türkiyədə konstitusiyaya dəyişiklik edilməsi təklifini geriyə doğru təhlükəli addım adlandırıb.

Qurumun bəyanatında bildirilir ki, prezidentə parlamenti buraxmaq səlahiyyəti verəcək dəyişikliklər demokratik prezident sisteminə tamamilə yaddır.

Şuranın qərarı 1950-ci ildən 47 ölkənin üzv olduğu qurumda yer alan Türkiyə üçün icbari deyil.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə qüdrətli bir prezidentliyin ölkədə sabitliyin qorunması və əvvəlki zəif koalisiyalara yol verilməməsi üçün zəruri hesab edir.

Opponentlər dəyişikliklərin Türkiyədə hakimiyyətin bir əldə cəmləşəcəyini deyərək, bunu fundamental hüquqlar və azadlıqlara zidd adlandırır.

Avropada kampaniya

Hollandiya Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun təyyarəsinin enməsinə icazə verməyib.

Türkiyənin xarici işlər naziri qarşıdan gələn referenduma dəstək məqsədi ilə Hollandiyaya səfər edəcəyini bildirmişdi.

Mevlut Çavuşoğlu CNN Türk kanalına müsahibəsi zamanı deyib ki, Rotterdamda referendumu dəstəkləyən Türkiyə vətəndaşları ilə görüşəcək.

Nazir səfərinə icazə verilmədiyi təqdirdə Niderlanda ağır sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlır verib.

Mevlut Çavuşoğlu
Mevlut Çavuşoğlu

Çavuşoğlu hökumətlərin yürüşləri yasaqlamasını faşist siyasəti adlandırıb. O deyib ki, Almaniya və Hollandiyanın aprelin 16-na təyin edilən referenduma "hə" deyənləri susdurması, Avropanın referendum əleyhinə olanların tərəfinin saxlanması demək olacaq.

Səsvermə - 16 Aprel

80 milyon əhalisi olan və NATO-ya üzv Türkiyədə referendum aprelın 16-da baş tutmalıdır. Yanvar ayında parlemantdə təsdiq edilən təklif cüzi səs çoxluğu tələb edir.

Dəyişikliklər prezidentə parlamenti buraxmaqla yanaşı, onun sərəncamlar imzalamaq, fövqəladə vəziyyətlər elan etmək, nazirlərin təyinatı və digər səlahiyyətlər veriəcək.

XS
SM
MD
LG