Accessibility links

Türkiyənin döyüş təyyarələri ölkənin İraq və İranla sərhədində hərbi konvoya edilən ölümçül hücuma cavab olaraq gecə yarısı kürd döyüşçülərinə qarşı hava hücumları həyata keçirib.

Hərbi qüvvələr F-4 və F-16 təyyarələrinin PKK-nın 13 mövqeyini bombaladığını bildirib.

PKK-a bildirib ki, bazar günü yaraqlılar bomba hücumu zamanı 15 əsgər öldürüb.

Prezident Rəcəb Tayyib Ərdoğan əsgərlər ərazini minalardan təmizləmə əməliyyatı keçirən zaman baş vermis hücum barədə xəbəri kədər hissi ilə qarşılayıb.

Ölənlərin sayı təsdiqlənərsə, bu iki il davam edən atəşkəsin iyul ayında pozulmasından sonra PKK-nın həyata keçirdiyi ən çox ölümlə nəticələnmiş hücum hesab edilə bilər.

Türkiyə iyulun sonunda anti-terror hücumları adlandırdığı yeni əməliyyata başlayaraq, PKK-nın həm Türkiyənin cənub-şərqində, həm də İraqdakı mövqeylərini hədəf alıb.

PKK-nın 1984-cü ildən bəri Türkiyədə başladığı münaqişə 40 min insanın ölümünə səbəb olub. Türkiyə, ABŞ və Avropa Birliyi PKK-nı terorçu qrup hesab edir.

XS
SM
MD
LG