Accessibility links

Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi cənub-şərq bölgəsindəki Diyarbakır şəhərinin bələdiyyə başçılarının PKK terror şəbəkəsi ilə əlaqəsi olmasına görə həbsi ölkə boyu yüzlərlə kürdün etirazına səbəb olub.

Çərşənbə günü bələdiyyə başçısı Gültan Kısanak və onun yatrdımçısı Fırat Anlının nəzarət altına alınmasından bir neçə saat sonra polis küçələrə çıxan qəzəbli insanlara qarşı təzyiqli sudan istifadə edib.

Bələdiyyə başçıları istintaqın Kürdüstanın fəaliyyəti qadağan edilmiş PKK ilə bağlantıları olduğunu sübut etməsindən sonra həbs edilib.

Etirazlar iki kürd partiyası-Xalq Demokrat və Regional Demokrat Partiyalarının tərəfdarlarını küçələrə çıxmağa çağırmasından sonra baş qaldırıb.

Prokurorların bəyanatında bələdiyyə başçılarının PKK-nı dəstəkləyən nitqlər söylədiyi, bələdiyyənin resurslarından istifadə edərək, qanunsuz toplantılar və mitinqlər təşkil etdiyinə görə ittiham edildikləri deyilir.

XS
SM
MD
LG