Accessibility links

Baş nazir Ərdoğan Diyarbəkir üçün iqtisadi inkişaf planını açıqlayıb

  • Amerikanın səsi

Baş nazir Ərdoğan Diyarbəkir üçün iqtisadi inkişaf planını açıqlayıb

Baş nazir Ərdoğan Diyarbəkir üçün iqtisadi inkişaf planını açıqlayıb

Türkiyə baş naziri Rəcəp Tayyib Ərdoğan iyunun 12-i parlament seçkilərindən öncə ölkədə kürdlərin yaşadığı ən böyük şəhər üçün yeni layihələri açıqlayıb. Bu gün İstanbulda danışan cənab Ərdoğan Diyarbəkir şəhərinin iqtisadi və sosial inkişafını gücləndirmək məqsədilə planlardan danışıb. Bu layihələrə şəhərin bərpası, yeni hava limanı, su bəndi, stadion, xəstəxanalar və şosse yollarının tikilməsi daxidir. Müşahidəçilər baş nazirin çıxışını seçkilərdə kürd əhalinin dəstəyini qazanmaq məqsədi ilə edildiyini bildirir. Rəsy sorğuları cənab Ərdoğanın Ədalət və İnkişaf partiyasının üçüncü dönəm hakimiyyətdə qalacağını göstərir. Cənab Ərdoğan 2009-cu ildə kürd dilində televiziya kanalının açılması və məktəblərdə kürd dilinin tədrisi də daxil olmaqla, kürdlərə daha artıq mədəni hüquqlar verilməsi təşəbbüsü ilə çıxış etmişdi.

XS
SM
MD
LG