Accessibility links

Türkiyənin cənub-şərqində 9 kürd yaraqlısı qətlə yetirilib


Türkiyənin cənub-şərqində 9 kürd yaraqlısı qətlə yetirilib

Türkiyənin cənub-şərqində 9 kürd yaraqlısı qətlə yetirilib

Rəsmilərin bildirdiyinə görə, toqquşma İraq və İran sərhəddinə yaxın Hakkari şəhəri ətrafında baş verib

Türkiyə rəsmiləri bildirir ki, bu gün ölkənin cənub-şərqində hökumət qüvvələri ilə döyüşdə doqquz kürd yaraqlısı qətlə yetirilib. Rəsmilərin bildirdiyinə görə, Kürdüstan Fəhlə partiyası PKK yaraqlıları ilə toqquşma İraq və İran sərhəddinə yaxın Hakkari şəhəri ətrafında baş verib. Bir türk əsgəri yaralanıb. Türkiyə, ABŞ və Avropa Birliyi PKK-nı terrorçu qrup kimi tanıyır. Dünən Tunceli vilayətində isə militanatlarla toqquşma zamanı bir türk əsgərinin həak olduğu bildirlir. Fransanın xəbər agentliyinin verdiyi məlumata görə, militantlar yaxınlıqdakı hidro-elektrik stansiyaya hücum etməyi planlaşdırırdı.

XS
SM
MD
LG