Accessibility links

Türkiyə silahlı qüvvələrinin əməliyyatları zamanı 49 PKK döyüşçüsü öldürülüb


Türkiyə silahlı qüvvələrinin əməliyyatları zamanı 49 PKK döyüşçüsü öldürülüb
Türkiyə silahlı qüvvələrinin əməliyyatları zamanı 49 PKK döyüşçüsü öldürülüb

Türkiyə silahlı qüvvələri İraq sərhəddində iki gündür davam edən hücumlar nəticəsində 49 kürd yaraqlısının qətlə yetirildiyini bildirir.

Bu gün açıqlanan bəyanatda deyilir ki, PKK-ya qarşı çərşənbə günü başlamış əməliyyat davam etdirilir. Silahlı qüvvələrin bəyanatında havadan və quruda hücumların Türkiyənin cənubunda iki bölgədə və İraqın şimalında sərhədboyu bir neçə bölgədə davam etdirildiyi bildirilir.

Cümə günü Türkiyə və İranın Xarici İşlər nazirləri Əhməd Davutoğlu və Əli Əkbər Salehi arasında görüşdə PKK və onun İrandakı qanadı olan PJAK-a (Kürdüstanın Azad Həyat partiyası) qarşı mübarizədə birgə səy göstərilməsi haqda razılıq əldə edilib.

XS
SM
MD
LG