Accessibility links

Türkiyənin PKK-ya qarşı hava hücumları zamanı 7 mülki vətəndaşın öldüyü bildirilir

  • Amerikanın səsi

Türkiyənin PKK-ya qarşı hava hücumları zamanı 7 mülki vətəndaşın öldüyü bildirilir

Türkiyənin PKK-ya qarşı hava hücumları zamanı 7 mülki vətəndaşın öldüyü bildirilir

Kürd rəsmiləri bildirir ki, Türkiyənin İraqın şimalında kürd üsyançılarına qarşı 5 gündür separatçıların gizləndiyi yerlərdə həyata keçirdiyi hava hücumları zamanı 7 mülki vətəndaş həlak olub. Bu, Türkiyənin hərbi təyyarələrinin İraqla sərhəddə çərşənbə günündən üsyançıların gizləndiyi yerləri bombardman etməyə başladığı vaxtdan mülki əhali arasında ilk ölüm hallarıdır. Türkiyə hava hücumlarına PKK döyüşçülərinin Türkiyənin hərbi maşın karvanına hücum edərək, 8 əsgəri öldürməsindən sonra başlayıb. Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat kimi tanıyır.

XS
SM
MD
LG