Accessibility links

Türkiyə və İraq kürd yaraqlılarına qarşı birgə mübarizə aparmağa söz verir

  • Amerikanın səsi

Türkiyə və İraq kürd yaraqlılarına qarşı birgə mübarizə aparmağa söz verir

Türkiyə və İraq kürd yaraqlılarına qarşı birgə mübarizə aparmağa söz verir

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bu gün Ankarada İraqın xarici işlər naziri Hoşyar Zebari ilə görüşüb. Görüşdə iki ölkənin kürd yaraqlılarına qarşı mübarizə aparmaq haqda təəhhüdləri bir daha qeyd edilib.

Xarici işlər nazirlərinin birgə mətbuat konfrasında danışan Əhməd Davutoğlu İraqın fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası PKK-nin ləğv edilməsi istəyini alqışlayıb, lakin deyib ki, Türkiyənin səbri artıq tükənib. O, Türkiyənin İraqın şimalında yaraqlılardan gələn təhlükənin aradan qaldırılmasında qərarlı olduğunu və bu məqsədə nail olmaq üçün bütün tədbirləri görəcəyini qeyd edib.

İraq Xarici İşlər naziri Hoşyar Zebari bildirib ki, kürd yaraqlılarının şimalda mövcudluğu qəbuledilməzdir, lakin İraq hələ sərhədlərə nəzarət edilməsi üçün kifayət qədər imkana malik deyil. O bildirib ki, problem yalnız ikitərəfli əməkdaşlıq vasitəsilə həll edilə bilər.

XS
SM
MD
LG