Accessibility links

Hər iki tərəfin mövqeləri sərləşdiyinə görə Türkiyə hökuməti ilə kürdlər arasındakı sülh prosesi təhlükə ilə üzləşir. Rəsmi Ankara kürd üsyançılarının tərk-silah olunmasını tələb edir. Kürdlər isə bunun üçün əvvəlcə Türkiyə hökumətinin konkret addımlar atmasını istəyir.

Kürdlərin qiyamçı PKK qrupunun 40 il apardığı mübarizəyə son qoyulması ilə bağlı əldə edilən sülh razılığı bitə bilər. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə kürdləri təmsil edən Xalq Demokrat Partiyası arasında gərginlik və qəzəb artmaqdadır.

Fevral ayının 15-i, PKK lideri Abdulla Öcalanın ələ keçirildiyi gün hər iki tərəf sülh prosüsinin davamı ilə bağlı birgə bəyanatla çıxış etməli idi. Həbsdə olan PKK liderinin daimi atəşkəs elan edəcəyi gözləndiyi bir vaxt. Kürdlərin hərbi və siyasi liderləri hökuməti konkret güzəştlərə getməməkdə ittiham edir.

İstanbulun Kadir Has Universitetindən beynəlxalq münasibətlər üzrə ekspert Soli Özəl sülh prosesinin təzyiqlər altında olduğunu deyir. “Mənim fikrimcə proses bombardman edilir. Bunu adlamaq mümkün olacaqmı? Bu məsələdə zəruri olan etimaddır ki, bu da yoxdur.”

PKK bayrağı

PKK bayrağı

Baş qərargahı İraq Kürdüstanında yerləşən PKK başçıları bu ay sülh prosesinin təhlükədə olduğu və prosesə tamamilə son qoyulmaq riski ilə üzləşildiyi barədə açıqlama veriblər.

Kürdlərin şübhələri hökumətin bu yaxınlarda qəbul etdiyi təhlükəsizliklə bağlı yeni qanunun layihəsinin polis səlahiyyətlərini genişləndirməsindən sonra daha da artıb. Tənqidçilər həkumətin ölkəni polis dövlətinə çevirmək istədiyini deyirlər.

Kürdlərin Xalq Demokrat Partiyasının həmsədri Səlahəddin Dəmirtaş bu qanunu dinamit adlandıraraq, sülh prosesini dağıdacağını deyib. Ölkənin baş naziri Əhməd Davutoğlu isə bazar ertəsi etdiyi çıxışında Türkiyə parlamentinin təsdiq edəcəyi yeni qanunun ölkədə azadlığın və təhlükəsizliyin qorunması naminə qəbul olunduğunu deyib.

Səlahəddin Dəmirtaş

Səlahəddin Dəmirtaş

Təhlilçilərin dediyinə görə, etimadın azalmasına əsas səbəb müzakirələrin gizli şəkildə aparılmasıdır. Danışıqlar başlayandan bəri başlıca mövzu PKK lideri Öcalanın azad edilməsi olub və danışıqlara yalnız hökumətin müəyyən etdiyi kürd nümayəndələr qatılıb.

Milliyet qəzeti və Al-Monitor veb səhifəsinin kürd məsələləri ilə bağlı yazarı Kadri Gürsel nailiyyət əldə olunması üçün sülh prosesinin şəffaf olmalı olduğunu deyir. “Fikrimcə kəşfiyyat idarəsi işçiləri və ya kürd nümayəndələrin vasitəçiliyi ilə Ərdoğanla Ocalan arasında aparılan bütün danışıqlar şəffaf olmalıdır. Kürdlər bunu tələb edir.”

Hökumət isə səbəbini açıqlamadan bu növ tələbləri rədd edir.

XS
SM
MD
LG