Accessibility links

Türkiyə hərbi qüvvələrinin bildirdiyinə görə, bu gün hərbi təyyarələr kürd üsyançıların ölkənin cənub-şərq bölgəsindəki 17 mövqeyini bombalayıb. Məlumatda hədəfin PKK-nın İraq və İranla sərhəddə, Haqqani vilayətindəki mövqelərinin olduğu deyilir.

Bugünkü hava hücumları bazar ertəsi qonşu Şirnak vilayətində dörd polis işçisinin və bir əsgərin ölümü ilə nəticələnən silsilə hücumlardan bir gün sonraya təsadüf edir. Keçən gecə kürd yaraqlılar Şirnakdakı hərbi keşik məntəqəsinə hücum edərək, bir türk əsgərini qətlə yetirib.

PKK Türkiyə silahlı qüvvələrinin 2013-cü ildə əldə edilmiş atəşkəsi pozduğunu bildirərək, iyul ayının ortalarından hücumları artırıb. Türkiyənin iyulun 24-də İraqın şimalında PKK düşərgələrinə havadan zərbələr endirməsi ilə zorakılıqlar daha da şiddətlənib.

Türkiyə yeni anti-terror əməliyyatlarına başlandığını deyərək, iyul ayının sonundan bəri PKK-nın ölkənin cənub-şərq bölgəsində və İraqla şimal sərhədindəki mövqelərini bombalamağa başlayıb. Türkiyə ordusu eləcə də, Suriya ilə sərhəddə İslam Dövləti yaraqlılarını hədəf alır.

XS
SM
MD
LG