Accessibility links

Türkiyə qoşunları PKK kürd yaraqlı qrupunun üzvlərini hədəf alıb [video]


Türkiyə PKK üzvlərinə qarşı reydlər keçirir
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Türkiyə qoşunları və polis qüvvələri Türkiyənin cənub-şərqi Sırnak vilayətinn kürdlərin məskunlaşdığı Çizre və Silopi rayonlarında hərbi əməliyyatlar həyata keçirir. Hökumət PKK kürd yaraqlı qrupunun üzvlərini və onu dəstəkləyən qüvvələri hədəf aldığını bildirib.

Bu yer qonşu Suriya və ya İraqa bənzəyir. Amma bura Türkiyənin cənub-şərq bölgəsidir. Hökumət kürd PKK yaraqlıları ilə mübarizə məqsədi ilə buraya 10 min əsgər və polis səfərbər edib. Türkiyə PKK-nı terrorçu təşkilat hesab edir.

Çizre və Silopi rayonlarında kamendant saatı tətbiq edilib və buranın sakinləri qorxu içindədir.

Çizre sakini, üç uşaq anası, 30 yaşlı Hadiye Sen atışma zamanı evinin önündə təsdüfən gülləyə tuş gəlib. Küçəyə çıxmaq təhlükəli olduğundan ailə üzvləri onu dəfn etməkdə çətinlik çəkir.

Bir həftə əvvəl və rəsmi qərar əsasında Təhsil Nazirliyi təxminən 3000 müəllimə Çizre və Silopi rayonlarından getmə əmri verib. İndi təhlükəsizlik qüvvələri bu məktəblərdən əməliyyat bazası kimi istifadə edir və burada yatırlar.

10 min əsgər və polisin Çizre və Silopi rayonlarında əməliyyata cəlb edildiyi deyilir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki. PKK üzvləri səngərdə öldürüləcək.

RƏCƏB TAYYİP ƏRDOĞAN

Türkiyə prezidenti

“O yerlər təmizlənməyincə əməliyyat davam edəcək”

Türkiyənin baş naziri Əhməd Davutoğlu əməliyyat haqda buna bənzər çıxış edib.

ƏHMƏD DAVUTOĞLU

Türkiyənin baş nazir

“Mən bölgədəki sakinləri terrorçulara qarşı mübarizəyə və şəhərlərini müdafiəsinə çağırıram.”

Silopi küçələrində ordu tankları gedir.

Rəsmilər buradakı evlərdə reydlər keçirir. Türkiyə əsgərləri PKK və onun gənc filialının üzvlərini həbs etmək üçün qapıları sındıraraq evlərə daxil olur.

Bu isə Çizredir. Sakinlər komendant saatına məhəl qoymayaraq təhlükəsizlik əməliyyatlarına qarşı etiraz edir.

Region boyu, Sirnakdan tutmuş Diyarbakıra qədər insanlar hökumətin təhlükəsizlik əməliyyatı və komendant saatının tətbiqinə etiraz edir.

HDP partiyasndan qanunverici Çağlar Dəmirəl də təhlükəsizlik ölçülərinin götürülməsinə narazılığını bildirib.

ÇAĞLAR DƏMİRƏL

HDP partiyası

“Regionda bütün şəhər və rayonlar bu hərbi əməliyyatların keçirildiyi ərazilərin sakinlərini müdafiə etməlidir. Hər kəs vəziyyətə münasibət bildirməlidir və nümayişlər keçirməlidir.” - deyə HDP partiyasının üzvü Çağlar Dəmirəl bildirib.

Qarşıdakı günlərədə nümayişlər gözlənilir. PKK və Türkiyə hökuməti arasında iki il davam edən atəşkəs iyulda pozulub.

XS
SM
MD
LG