Accessibility links

Türkiyə qüvvələri Suriyanın şimal bölgələrində kürd yaraqlılarını hədəf alıb


A Turkish Air Force fighter plane flies over the Incirlik Air Base, in Adana, southern Turkey

A Turkish Air Force fighter plane flies over the Incirlik Air Base, in Adana, southern Turkey

Türkiyə qüvvələri Suriyanın şimal bölgələrində kürd yaraqlılarını hədəf alıb. Bu, baş nazir Əhməd Davutoğlunun Ankaranın sərhədlərində təhdidlərlə üzləşdiyi təqdirdə əməliyyata keçəcəyinə dair xəbərdarlığından sonra baş verib.

Hücum Hələbdə kürd döyüşçülərinin Rusiyanın hərbi təyyarələrinin müşayiəti ilə Siriyanın rəqib döyüşlərinin Türkiyə sərhədlərindəki hərbi bazadan çıxarılmasından sonra həyata keçirilib.

"Türkiyənin silahlı qüvvələri Əzaz bölgəsində Türkiyənin terror təşkilatı kimi tanıdığı PYD-nin mövqelərini hədəf alıb" deyə Kürdüstan Demokaratik Partiyasının nümayəndəsi bildirib.

Suriyada İnsan Haqlarının Monttorinqi qrupu hava bazası və yaxınlıqlıqdakı kəndlərin hədəf alındığını deyir.

Türkiyə Kürdüstan Fəhlə Partiyasının cinahı PYD və YPG partiyalarını ölkəyə qarşı düşmənçilikdə ittiham edir.

Kürd rəsmiləri hücumların Menaq hava bazasına qarşı həyata keçirildiyini bilirir.

Baş verənlər rəsmi Ankaranın artmaqda olan qəzəbinə yol açıb.

Türkiyənin Ərzincan şəhərində çıxış edən Davitoğlu deyib ki, Türkiyəyə qarşı heç bir təhdid cavabsız qalmayacaq.

Qaçqın sayı artır

On minlərlə suriyalı qaçqın Türkiyə sərhədlərinə toplaşıb. Rusiyanın hava kampaniyasının müşayiəti ilə keçirilən reydələr 100 mindən artıq insanı evindən didərgin salıb.

2.6 milyion qaçqına sığınacaq verən Türkiyə qaçqın axınını qarşısını Rusiyaya hava zərbələrini dayandırmasına təzyiq göstəriməsi ilə saxlamağa çalışır.

XS
SM
MD
LG