Accessibility links

Türkiyə vətəndaşlarını Liviyadan çıxarır


Türkiyə vətəndaşlarını Liviyadan çıxarır
Türkiyə vətəndaşlarını Liviyadan çıxarır

Türkiyə Liviyada iğtişaşlar və zorakılıqlarla əlaqədar ölkədən yüzlərlə Türkiyə vətəndaşını çıxarıb. Türkiyə hökumətinin rəsmiləri şənbə günündən 530-dan çox adamın Türkiyəyə qayıtdığını bildirir. Vətəndaşlarını Liviyadan çıxarmaq üçün Türkiyə oraya çarter təyyarələri göndərib. Türkiyə rəsmiləri Liviyaya daha iki təyyarə göndərməyi planlaşdırdıqlarını bildirirlər. Türkiyə mətbuatı Fransa xəbər agentliyinə istinadən bəzi türk vətəndaşlarına nümayişçilər tərəfindən hücum olduğu haqda məlumat verib. Türkiyənin Liviyadakı səfiri Levent Şahinkayaya əsasən, zorakılıqların baş verdiyi yerlərdə təxminən 6000 Türkiyə vətəndaşı yaşayır.

XS
SM
MD
LG