Accessibility links

Türkiyənın baş naziri Rəcəb Tayyib Ərdoğan sosial media və onun istifadəçilərinin cəzalandırılacağına vəd verib. Minlərlə tərəfdarı qarşısında çıxış edən baş nazir Türkiyədəki etiraz aksiyalarının indi Braziliyanı da cəlb edən beynəlxalq konspirasiyanın bir hissəsi kimi qiymətləndirib.O deyib ki, Braziliyadakı oyun Türkiyədəki oyunla eynidir. Ərdoğan sosial mediada saxta xəbərlər, təhqiramiz çıxışlarin yayıldığını,ədalətin ayaqlar altına alındığını bildirib.

Baş nazir sosial medianın yalanların yayılması üçün misilsiz bir vasitə olduğunu deyib. Ərdoğan hökumətinin bildirdiyinə görə, sosial media Ərdoğana qarşı sui-qəsdin əsas elementidir. 5 milyon tweet göndərildiyini sübut edən Türkiyə hökuməti İnternetlə bağlı yeni qanunların tətbiqi və kəşfiyyat agentliyinin səlahiyyətlərinin artırılmasını nəzərdən keçirir.

Nyu-Yorkda yerləşən Human Rights Watch təşkilatının Türkiyə üzrə tədqiqatçısı Emma Sinkleyrin dediyinə görə, tweetlərə nəzarət üçün xüsusi qaydalar mövcuddur. Lakin o, bu qaydalardan sui-istifadə ediləcəyindən narahat olduğunu deyib.

Xüsusilə Facebook və Twitter olmaqla, Ərəb baharı zamanı sosial media nümayişlərin təşkilində əsas platforma olduğu kimi Türkiyədə də polisin nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə etməsi kimi polis zorakılıqlarının nümayiş etdirilməsində əsas vasitə olub.

İntanbulun Bilgi Universitetinin kibetnetika eksperti Yaman Akdeniz sosial medianın vacibliyini qeyd etsə də, onun təzyiqlərə də vasitə olduğu barədə xəbərdarlıq verir.” Hökumətin nəzarət edə bilmədiyi media platformasına daha çox insan qoşulacaq. Burada onlara qarşı gözyaşaydıcı qazdan istifadə etmək mümkün deyil. Hökumət sosial mediaya nəzarət edə bilməyəcək. Lakin insanların təqibə alınmalarında sosial media ona yardımçı ola bilər. Türkiyənin bir çox şəhərlərində artıq həbslər qeydə alınıb.”

Nümayişlər zamanı polis insanların arxasında küçələrdə düşürdüsə, indi mübarizə kibernetika məkanında davam etdirilir.
XS
SM
MD
LG