Accessibility links

Türkiyədə sosial media basqılarla üzləşir [Təhlil]


Türkiyə məhkəməsi populyar sosial media saytlarından istifadəyə qadağa tətbiq edilməsi barədə hökm çıxarıb. Hökm Twitter, Facebook və You Tube saytlarından Türkiyə prokurorunun oğurlandıqdan sonra üzərinə silah çıkilmiş vəziyyətdə şəkillərinin çıxarılmamasına cavab mahiyyəti daşıyır.

Polisin fəlaiyyəti qadağan edilən solçu qrup tərəfindən ələ keçirilən prokurorun xilas edilməsi əməliyyatında prokuror öldürülüb.

Twitter və Facebook-un şəkilləri saytlarından çıxarmasından sonra qadağa ləğv edilib. You Tube hələ də bağılıdır. Google indi davamlı təhdidlər altındadır.

Türkiyənin səlahiyyətli nümayəndələri prokurorun şəkillərinin yayımlanmasını terroizmin müdafiəsi kimi qiymətləndirərək, onun ailəsinin iztirabına yol açdığını iddia edir.

Türkiyə mediasının bildirdiyinə görə, məhkəmə 150 yerli internet saytlarının da bağlanmasına göstəriş verib.

İki məhkəmənin ötən il Twitter and You Tube-la bağlı hökmlərinə baxmayaraq, social mediaya çıxış hələ də bağlanır

Saytların bağlanması ölkədə geniş etirazlarla qarşılanıb.

Kibernetika azadlığı üzrə ekspert Yaman Akdenizin dediyinə görə, iyun seçkiləri öncəsi saytların bağlanması yanlış bir hərəkətdir:

"Düzünü deyim, heç təəccüblənmədim. Seçkilər öncəsi bu, gözlənilirdi. Gözlədiyimiz bunun nə zaman baş verəcəyi idi. İki məhkəmənin ötən il Twitter and You Tube-la bağlı hökmlərinə baxmayaraq, sosial mediaya çıxış hələ də bağlanır."

2014-cü ildə yerli seçkilərdən öncə hökumətdə korrupsiya ilə bağlı məlumatın yayılmasından sonra buna bənzər hərəkət edilmişdi. O zaman saytlara qadağa təbiq edilməsi milli və beynəlxalq qınaqla qarşılanmışdı.

Türkiyədə İnternet azadlığı ilə bağlı narahatlıqlar hökumətin ötən ay nazirlərə məhkəmə qərarı olmadan veb səhifələrinin yasaqlamasına dair qanun qəbul etməsindən sonra daha da artıb.

İnsan hüquqları qrupları əsasən prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, hökumətin tənqid edilməsindən sonra insanların təqiblərə məruz qaldığını deyir.

16 yaşlı bir məktəbli sosial mediada prezidenti tənqid etdiyi üçün məhkəməyə verilib. Onu azadlıqdan məhrumiyyət gözləyə bilər.

Mart ayında 13 yaşlı oğlan prezidenti tənqid etdiyi üçün sinif otağından polis tərəfindən aparılmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG