Accessibility links

Yunanıstanın Lesbos adasına çatmağa cəhd edərkən Türkiyə sularında qayıqları çevrilərkən batan təxminən 36 mühacirin cəsədi sudan çıxarılıb. Ölənlər arasında bir neçə uşaq da olub.12 mühacir xilas edilib.

Küləkli havada neçə qayığın batdığı müəyyən edilməyib. Lakin Doğan xəbər agentliyi azı iki fərqli qəza baş verdiyini bildirib.

Ayvalık rayonunun sahilində təxminən 20 cəsəd aşkar edilib. Su digər cəsədləri isə Ayvalıkdan 50 kilometr məsafədəki Dikili istirahət mərkəzi ərazisinə çıxarıb.

Fəlakət 2016-ci ildə ilk ən dəhşətli hadisə hesab edilir. Avropa İttifaqı Türkiyəni maliyyə yardımı qarşılığında mühacir axınının qarşısını almaq üçün sərhədlərinə ciddi nəzarət etməyə çağırıb.

Mühacirlər hələ də Avropaya pənah aparmaq üçün Yunanıstana riskli səyahətləri davam etdirir. Onların əksəriyyəti Suriyada vətəndaş müharibəsindən qaçanlardır.

XS
SM
MD
LG