Accessibility links

Başbuğ terrorizm ittihamlarını rədd edir


Türkiyə silahlı qüvvələrinin keçmiş başçısı İlker Başbuğ hökuməti devirmək ittihamları ilə bağlı məhkəmənin keçirildiyi zalı tərk edərək, ona qarşı ittihamların əsassız olduğunu deyib.

Keçmiş ordu generalı Başbuğ prokurorların Baş nazir Rəcəp Tayyib Ərdoğan hökumətini devirmək cəhdində şübhəli bilinən iki şəxsin telefon söhbətinin yazıldığı kasetlərin dinləməsindən sonra dinləmələri tərk edib. Başbuğ kasetlərin dinlənilməsinə kəskin etirazını bildirib.

Bundan öncə o, Ergenekon adı ilə tanınan terrorizm cəhdində iştirakı olduğunu rədd edib. Başbuğ özünü müdafiədən imtina edərək, məhkəmənin səlahiyyətlərini tanımadığını bildirib.

O sonra İstanbul yaxınlığında Silivri həbsxanasındakı məhkəmə zalına qayıtmışdır. Başbuğ yanvar ayından orada saxlanılır. Röyters xəbər agentlyinin verdiyi məlumata görə, Başbuğun məhkəməsi cümə axşamı yenidən işlə bağlı dinləmə keçirəcək.

Keçmiş general Türkiyə hökumətinin dediyi kimi, islamyönlü hökuməti devirmək məqsədilə bomba hücumları və digər hücumlar həyata keçirmək və dövlət çevrilişi planlaşdıran dünyəvi şəbəkə-Ergenekon işi ilə bağlı ittiham edilən ən yüksək səviyyəli rəsmidir.

XS
SM
MD
LG