Accessibility links

Türkiyədə 1980-ci ildə dövlət çevrilişinin liderlərinə qarşı ittiham irəli sürülməsinə reaksiyalar

  • Amerikanın səsi

Türkiyədə 1980-ci ildə dövlət çevrilişinin liderlərinə qarşı ittiham irəli sürülməsinə reaksiyalar

Türkiyədə 1980-ci ildə dövlət çevrilişinin liderlərinə qarşı ittiham irəli sürülməsinə reaksiyalar

1980- ci ildə hərbi çevrilişin liderləri, təqaüddə olan general Kenan Evren və Türkiyə hərbi hava qüvvələrinin keçmiş komandanı Tahsin Çahinkayaya qarşı Ankara şəhər məhkəməsi tərəfindən dövlətə qarşı cinayət törətmək ittihamı irəli sürülüb.

İstanbulda dövlət çevrilişindən öncə qanlı hadisələrin baş verdiyi Taksim meydanında xəbərə müxəlif reaksiyalar verilir. Bəziləri keçmiş yüksək rütbəli generalların məhkəmə qarşısına çıxarılıb cəzalandırılmalı olduğunu deyir, başqaları isə onlara qarşı indi ittihamların irəli sürülməsi ilə bağlı suallar qaldırır.

Generallar yüzlərlə insanın həyatını itirdiyi siyasi iğtişaşlardan sonra 1980-ci ildə hakimiyyətə gəşmişdi. Prokurorlar iğtişaşların ordu tərəfindən törədildiyini bildirir. Dövlət çevrilişindən sonrakı illər ərzində 50 nəfər edam edilmiş, minlərlə insan həbs edilmişdi. Onlardan bəzilərinə işgəncə verilmişdi. Bu insanlardan biri Defne Sandalyedir. “Dövlət çevrilişindən sonra mən iki dəfə həbs olunmuşdum. Məni sorğu-sual mərkəzinə aparmışdılar, burada işgəncə verilirdi. Birinci dəfə məni bir ay orada saxladılar, sonra azad etdilər. Beş ay sonra mən yenidən həbs edildim. Bu dəfə 3 ay yarım işgəncə verilən yerdə oldum.”

Generallara qarşı ittihamların irəli sürülməsi çoxları tərəfindən Türkiyənin nəhayət hərbi idarəçilik dövrü qaranlıq keçmişi ilə qarşı-qarşıya gəlməsi kimi qiymətləndirilir. Defne Sandalye. “Bu, çox vacibdir, çünki Türk xalqı tarixini unudur və keçmişi ilə qarşılaşmağa meylli deyil. Adamlar burada rəsmilərə tabe olur. Uzun zamandır, heç kəs ordunun nəyə qadir olduğu və nə iş gördüyü ilə maraqlanmırdı.”

On ildir hakimiyyətdə olan islam meylli Ədalət və İnkişaf partiyası dünyəvi ordunu diz çökdürməyə çalışır. 2010-cu ildə keçirilmiş referendum zamanı konstitusiyaya dövlət çevrilişinə başçılıq edənlərin toxunulmazlığının aradan qaldırılmasını nəzərdə tutan dəyişikliklər edilmişdir.

Lakin dövlət çevrilişinin liderlərinə qarşı ittihamların məhz indi irəli sürülməsi bəzi suallar yaradır. Milliyyet qəzetinin şərhçisi Kadri Gücel.

“Onlar bəraət qazandırılması mümkün olmayan cinayət törətdiklərinə görə cəzalandırılmalıdır. Lakin mən buna müzakirələrdən diqqəti yayındırmaq üçün bir taktiki addım kimi baxıram. “

Hökumət insan hüquqları sahəsində vəziyyətə görə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tənqidlərlə qarşılaşılr. Avropa İttifaqı Türkiyədə insan hüquqlarının vəziyyəti və ölkədə ədliyyə sistemini tənqid edib. Ordunun siyasətdə rolunun azaldılması Avropa İttifaqına üzv olmaq istəyən Türkiyə hökumətinin əsas məqsədlərindən biridir.

Bahçeşehir universitetində siyasi təhlilçi Cengiz Aktar deyir ki, dövlət çevrilişi liderlərinin cəzalandırılmasının arxasında duran motivlərdən asılı olmayaraq, bu, Türkiyədə demokratiya istiqamətində mühüm addımlardan biri olaraq qalır. “Bu, simvolik, lakin mühüm bir addımdır. Bu adam xunta təşkil edib, ona başçılıq edib və indiyə qədər Türkiyədə gözəl həyat sürüb. O, cinayətlərinin bədəlini ödəməlidir. 1980-ci ildəki çevriliş ölkədə demokratiyaya böyük zərbə endirib və biz indinin özünə qədər 80-ci ildə dövlət çevrilişinin nəticələri ilə qarşılaşırıq.”

Prokurorlar 94 yaşlı Kenan Evren və 86 yaşlı Tahsin Şahinkayaya ömürlük həbs cəzası verilməsinə çalışır. Hərbi rejimin qurbanları hadisələrə görə məsuliyyət daşıyanların məhkəmə qarşısına çıxarılacağına ümid bəsləyir. Müşahidəçilər deyir ki, bir neçə il əvvəl bu, bunun mümkün olacağını düşünmək belə çətin idi.

XS
SM
MD
LG