Accessibility links

"Məsumiyyət muzeyi"-təxəyyül, yoxsa gerçəklik (AUDİO)

  • Amerikanın səsi

Muzey Orhan Pamukun eyni adlı romanının qəhrəmanları olan Kemal və Füsunun həyatı və yaşadığı dövrü əks etdirir

Türk yazıçısı Orhan Pamukun 1960-cı və 1970-ci illərdə Türkiyə tarixində mürəkkəb bir dövrü əks etdirən bu yaxınlarda işıq üzü görmüş kitabı ilə bərabər, İstanbulda eyni adlı yeni muzey də açılıb. Nobel sülh mükafatı laureatı Pamuk Amerikanın səsinin müxbiri ilə muzeydə görüşüb onun suallarını cavablandırıb.

Orhan Pamuk yaratdığı Məsumiyyət muzeyinin unikal bir muzey olduğunu deyir. Muzey onun eyniadlı romanının qəhrəmanları olan Kemal və Füsunun həyatı və yaşadığı dövrü əks etdirir.

Orhan Pamuk: “Biz romanda təsvir edilən dövrü göstərmək istəmişik. Buraya 1960-70-ci illərdə İstanbulun melanxolik əhval-ruhiyyəsini də əlavə edərək, nostalgiya və qəribanlıq atmosferi yaradıb bunları real və adi obyektlərlə göstərməyə çalışmışıq.”


İyirmi ilə yaxın bir zamandır yaradılan muzey 19-cu əsrə aid bir binada yerləşir. Burada kitabın 83 fəslinin hər birinə aid 83 vitrin yerləşdirilib.

Pamukun qəhrəman kimi çıxış etdiyi romanın özündə olduğu kimi, muzeydəki əşyalar da ona aiddir.

Orhan Pamuk: “Mən özümün şəxsi foto-şəkilləri və əşyalarımı qəhrəmana məxsus əşyalar kimi burada yerləşdirmişəm. Romanın əsas məqsədi odur ki, oxucu özünə belə bir sual versin: bunlar həqiqətən də yazıçının həyatında baş verib, yoxsa onun təxəyyülüdür. Məsumiyyət muzeyində də əsərdə olduğu kimi bu əşyaların təxəyyül məhsulu, ya da real olduğunu anlamaq çətindir.”

Muzeyin bu əsrarəngiz atmoseferi tamaşaçıların xoşuna gəlir. “Muzey Orhan Pamukun daxili aləmini, onun həyatının emosional tərəflərini, eyni zamanda onun qəhrəmanlarının xarakterinin təzahürüdür”-deyə onlar muzeyi bu mənada unikal adlandırır.

Orhan Pamukun əsərlərinin qəhrəmanları vasitəsilə bir zamanlar böyük bir imperatorluğunun paytaxtı olub mürəkkəb dövrlərlərdən keçən İstanbulun melanxolik əhval-ruhiyyəsini təsvir edə bilməsi onu beynəlxaq ədəbi aləmdə tanıtmışdır.

Muzey eyni zamanda, yeni dastanını yazan İstanbulu, şəhərin transformasiyasını əks etdirir. Pamuk binanı 15 bundan əvvəl alanda onun yerləşdiyi yer köhnə və yoxsul bir rayon idi. Bu gün muzey şəhərin ən sürətlə inkişaf edən rayonlardan birində yerləşir. Burada incəsənət qalereyaları açılıb, şəhərin ən bahalı evlərini burada tapmaq olar.

Orhan Pamuk:”Yeni nəsil türk oxucuları üçün romanlarda İstanbul daha əyləncəlidir, o, qəmgin və melanxolik bir şəhər deyil. Lakin şəhərin mərkəzində yaşayıb Bosfora tamaşa edən 1 milyon xoşbəxt insan hələ bütöv İstanbul demək deyil. İstanbulda 13 milyon insan yaşayır. Şəhərin ətrafaında yüz minlərlə insan yoxsul vəziyyətdə yaşayır.”

Türkiyədə siyasi vəziyyət də muzeydə əks etdirilən vaxtla müqayisədə çox dəyişib. Ölkə o zaman hərbi rəsmilər tərəfindən idarə edilirdi. Pamukun Məsumiyyət muzeyində qəhrəmanlardan biri illərlə həbsxanada qalıb işgəncəyə məruz qalıb.

Bu gün hərbi generallar dövlət çevrilişi iddiaları əsasında məhkəməyə çıxarılıb. Pamuk Türkiyənin gələcəyinə ümidlə baxdığını deyir.

Orhan Pamuk hərbi çevrilişin iştirakçılarının məsuliyyətə cəlb olunmasını məmnunluq hissi ilə qarşılayır. Orhan Pamuk:”Liberal və demokratik cəmiyyətdə bunu etmək lazımdır. Lakin mən eyni zamanda bir çox jurnalistin həbsxanada olmasına görə narahatam.”

İnsan hüquqları qruplarının bildirdiyinə görə, Türkiyədə 100-dən çox jurnalist həbs edilib. Hökumət bu rəqəmlə razılaşmır. Lakin müşahidəçilərin fikrincə, yeni Türkiyədə Orhan Pamuk daha yaxşı rəftar görür. Nobel sülh mükafatı laureatının adı hökumət tərəfindən təqib edildiyinə görə deyil, müvəffəqiyyətlərinə görə başlıqlara çıxarılır. Onun yaratdığı muzey Türkiyə mətbuatında yazıçının daha bir uğuru kimi geniş işıqlandırılır.

XS
SM
MD
LG