Accessibility links

Türkiyədə 3 nazir istefa verib


Türkiyənin daxili və iqtisadiyyat nazirləri istefa verib.

Zəfər Çağlayan və Müəmmar Gülərin oğulları korrupsiya ittihamı ilə ötən həftə həbs edilən 24 nəfər arasındadır.

Türkiyənin ətraf mühit naziri Ərdoğan Bayraktar da istifa verdiyini bəyan edib. O, baş nazir Rəcəb Tayyib Ərdoğanı da istefa verməyə çağırıb.

Bazar günü Türkiyənin baş naziri Rəccəb Tayyib Ərdoğan rəqiblərinə xəbərdarlıq vermişdi.

O, bu qalmaqalı şişirtməklə hakimiyyətinə xələl gətirməyə çalışanların “əllərini qıracağı” ilə hədələyib.

Baş nazirin hədələri Ədalət və İnkişaf Partiyasının istefası çağırışı ilə keçirilən nümayiş zamanı səslənib.
XS
SM
MD
LG