Accessibility links

Türkiyə rəsmilərinin bildirdiyinə görə, polis məntəqəsi yaxınlığında avtomobilə yerləşdirilmiş bombanın partlaması azı 2 polis işçisinin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olub.

Rəsmilər hücumun Türkiyənin cənub-şərqində, Suriya ilə sərhəd yaxınlığındakı Nüsaybin şəhərində həyata keçirildiyini bildirib. Hazırda Nüsaybindəki təhlükəsizlik qüvvələri PKK ilə əlaqəsi olan yaraqlılara qarşı mübarizə aparır.

Hücum zamanı azı 2-si mülki vətəndaş olmaqla, ölənlərin çoxunun polis işçiləri olduğu güman edilir. Bu gün səhər saatlarında həyata keçirilən hücum zamanı regional yol polisi idarəsi də ciddi xəsarət alıb.

Türkiyə hökumətinin terrror təşkilatı kimi tanıdığı PKK uzun illərdir ölkənin cənub-şərqində muxtariyyət uğrunda mübarizə aparır.

Dünən də İstanbulda əllərində silah və qumbara ilə polis idarəsinə hücum edən iki qadın Türkiyə polisi tərəfindən öldürülüb.

XS
SM
MD
LG