Accessibility links

Türkiyənin Xalqların Demokratik Partiyası parlamentdə fəaliyyətini dayandırıb


Türkiyənin kürdpərəst Xalqların Demokratik Partiyası ikisi lider olmaqla doqquz qanunvericinin presidentsiz həbsindən sonra bazar günü parlamentdəki işlərini dayandırdıqlarını elan edib.

Türkiyə cümə günü Xalqların Demokratik Partiyasının liderləri olan Sülhəddin Dəmirdaş və Figen Yüksəkdağı digər yeddi qanunverici ilə bərabər terrorçuluqda əlaqələndirərək həbs etməklə beynəlxalq diqqəti üzərinə çəkib.

Rəcəb Tayyip Ərdoğan hökuməti sözü gedən partiyanı qeyri-qanuni fəaliyyət göstərən PKK partiyasını dəstəkləməkdə təqsirləndirib.

Ötən il 59 qanunvericisi ilə ölkənin üçüncü ən böyük partiyası qismində Türkiyə parlamentinə qatılan Xalqların Demokratik Partiyası ittihamları təkzib edib.

“Türkiyə faşist mühitində vətəndaş müharibəsinə sürükləndiyi anda biz heç bir yeni Konstitusiya barədə heç bir texniki danışıqlara maraq göstərmirik. Qanunu pozan hökumət özüdür. Bizə inanaraq səslərini verən insanlar son sözlərini deyəcək. Biz birgə bəyanat verərək bildiririk ki, biz ümumi assambleya və komissiya gərüşlərində iştirak etməyəcəyik. Bu andan belə son qərarı xalq verəcək” - deyə Xalqların Demokratik Partiyasının sözçüsü Ayhan Bilgen bildirib.

Türkiyədəki həbslərdən sonra Qərbi də NATO üzvü olan və Avropa İttifaqına üzv olmağa meyl göstərən Türkiyədə demokratiyanın durumu naharat edir.

Türkiyə prezidenti bazar günü Avropanı qeyri-qanuni fəaliyyət göstərən PKK qrupunu dəstəkləməkdə və silahlandırmaqda təqsirləndirib.

Ərdoğanın tənqidçiləri bütün müxalifət quplarının hədəf alındığını bildirib.

Xalqların Demokratik Partiyası müavinlərinin parlamentdə olmaması Ərdoğana prezidentlik sisteminə dair özünün baxışlarını həyata keçirmək imkanı verəcək. Bu partiya daim bu növ sistem dəyişikliyinin qatı əlehdarı olub.

XS
SM
MD
LG