Accessibility links

Türkiyənin Parlament Komitəsi 4 sabiq nazirə qarşı irəli sürülən korrupsiya ittihamını ləğv edib. Bu, polisə qarşı hökumət və prezident Rəcəp Tayyib Ərdoğanı devirmək itihamından sonrakı addımdır.

Belə bir qərar parlamentdə parçalanmaya səbəb olub. Aparıcı Ədalət və İnkişaf Partiyasının (AKP) 9 üzvü korrupsiya ittihamlarını rədd etdiyi zaman, müxalifətin 5 üzvü bununla razılaşıb.

Komitə Türkiyə Konstitusiya məhkəməsi tərəfindən ittiham irəli sürülən 4 nazir barədəki qərarın parlamentə təqdim edilməsi məsələsini nəzərdən keçirir.

Müxalifətin Cümhuriyyət Xalq Partiyasının parlamentdəki üzvü Ləvənt Gök nazirlərə qarşı irəli sürülən korrupsiya ittihamının ləğv edilməsini qınayır.

Ləvənt Gök türk siyasətçilərinin Ədalət və İnkişaf Partiyasının Komissiyada səs verməsini “qara ləkə” adlandırır.

"AKP-nin siyasət institutuna vurduğu zərərin nəticələrini aradan qaldırmaq illərlə vaxt aparacaq,” deyə o, bildirib

Lakin aparıcı Ədalət və İnkişaf Partiyasının Komissiya üzvü Yılmaz Tunc bu qərarın tərəfgir motivlərdən qaynaqlandığını rədd edir. Cənab Tunc korrupsiya ittihamı ilə üzləşən hər kəsin hazırda dövlət çevrilişi etmək fikrinə düşdüyünü deyir. “Bəziləri bu fikirlə razı olmayacaq, lakin etiraf etmək lazımdır ki, hər şey göz qabağındadır,” deyə, Yılmaz Tunc bildirir.

Parlament təhqiqatlara 2013-cü ilin dekabr ayında, hələ Rəcəb Teyyib Ərdoğan baş nazir olanda Ədalət və İnkişaf Partiyası ilə əlaqəsi olan nazirlərə və onların ailə üzvlərinə qarşı korrupsiya ittihamlarının irəli sürüldüyü vaxt başladı. O zaman 4 nazir istefaya məcbur edildi və onların işi üzrə təhqiqata başlanıldı.

Cənab Ərdoğan o zaman onun müttəfiqi olan, sonradan rəqibinə çevrilən İslamçı ruhani Fətulla Gülənin dövlət çevrilişi cəhdi ilə bağlı ittihamları rədd etdi. Hökumət minlərlə polis və ədliyyə işçisini işdən azad etdi və 58 nəfərə qarşı korrupsiya ittihamları irəli sürüldü.

Türkiyənin "Milliyet" qəzetinin siyası yazarı Əsli Aydıntaşbaşın dediyinə görə, Parlament Komissiyasının qərarında prezidentin barmağı olub

. “Bu, ictimaiyyətə məlum iddialar çox yaxşı mənbələrdən alınmış və yaxşı sənədləşdirilmişdi, Mənim fikrimcə yalnız media xəbərləri doğru deyir, Rəcəp Teyyib Ərdoğan başqa cür fikirləşir. Ərdoğan həmişə güzəştə getməkdən ehtiyat edib.”

Prezident və yüksək səviyyəli nazirlər son bir neçə həftədə Konstutusiya məhkəməsini gizli fəaliyyətdə və hökumətə qarşı sui-qəsddə olmaqda ittiham ediblər.

Müşahidəçilər son qərarın, habelə rüşvətə qarşı mübazirə aparamağa söz vermiş baş nazir Əhməd Davudoğlunun mövqeyini zəiflədəcəyini deyirlər.

XS
SM
MD
LG