Accessibility links

Türkiyənin baş naziri Binəli Yildırımın bildirdiyinə görə, Türkiyənin Suriya ilə sərhəd bölgəsində polis bölməsinin qarşısında avtomobilə yerləşdirilmiş bombanın partladılması nəticəsində bir polis zabiti və iki mülkü vətəndaş həlak olub.

Türkiyənin cənub-şərqində kürdlərin məskunlaşdığı Midyat şəhərində baş vermis bu hadisədə 30 nəfər yaralanıb.

Baş nazir hücuma görə kürd yaraqlılarını təqsirləndirib. Türkiyənin cənub-şərqində muxtariyyət uğrunda iyul ayından bəri mübarizə aparan Kürd Fəhlə Partiyası PKK Türkiyə polis qüvvələrini hədəf alır.

Dünən İstanbulda törədilmiş digər bir hücumda da həlak olan 11 nəfərdən yeddisi polis zabiti olub. Dünənki hücumda 36 nəfər yaralanıb.

Baş nazir Yildırım bir gün əvvəl İstanbulda törədilən hücumda yaralananları ziyarət etdikdən sonra bu gün baş vermiş hadisə barədə çıxış edib.

XS
SM
MD
LG