Accessibility links

Səhra komandiri Alparslan Çelik 5 il azadlıqdan məhrum olunub


2015-ci ildə rusiyalı pilotu öldürməyə görə məsuliyyəti öz üzərinə götürmüş səhra komandiri Alparslan Çelik 5 il azadlıqdan məhrum olunub. «Huriyyet» qəzetinin yazdığına görə, Türkiyədə məhkəmə belə bir hökmü qanunsuz silaha sahib olmaya görə çıxarıb.

Türkiyə tərəfinin iddiasına görə, Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi 2015-ci il noyabrın 24-də Türkiyənin hava sərhədini pozub. Bu səbəbdən Türkiyənin "F-16" qırıcıları "Su-24"ü vurub. Pilotlardan biri yaralanıb, biri isə hadisə yerində ölüb. Türkiyə vətəndaşı Alparslan Çelik isə yaralı pilotu öldürməkdə şübhəli bilinirdi. Rusiya isə, hava sərhəddini pozmaqla bağlı iddiaları qəbul etmir.

Bu hadisədən sonra bir-biri ilə müttəfiq sayılan Türkiyə ilə Rusiya arasında vəziyyət gərginləşdi. Rəsmi Moskva sanksiyalar tətbiq etməyə başladı. Yalnız Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın rəsmi üzrxahlığından sonra iki ölkə arasında münasibətlər yoluna düşməyə bağladı. Amma bir sıra türk mallarına qarşı embarqo hələ də qüvvədədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG