Accessibility links

PKK yaraqlıları Türkiyəni tərk edir


Sülh prosesinin bir hissəsi olaraq, ilk 2000 kürd yaraqlısı Türkiyədən İraqa keçib.
Biri qadın qalanları kişi olmaqla bu gün 13 nəfərdən ibarət PKK üzvü İraqın Heror bölgəsinə keçib.

Kürd yaraqlıları Türkiyədəki bazalarını keçən həftədən bəri tərk etməyə başlayıb və bu prosesin 3-4 ay vaxt aparacağı gözlənilir. Yaraqlılar Türkiyəni 30 il davam edən konflikdən sonra həbsdə olan PKK lideri Abdulla Öcalanla türk rəsmiləri arasında sülh razılığından sonra tərk etməyə başlayıb.
XS
SM
MD
LG