Accessibility links

Türkiyənin cənub-şərqində maşına yerləşdirilmiş bomba partlayışı üç türk əsgərinin həyatına son qoyub.

Hərbçilər bildirib ki, PKK üzvlərinin dünən Lisedə hərbi məntəqəyə hücumu nəticəsində 24 əsgər yaralanıb.

Türkiyə bildirib ki, iyulda atəşkəs aradan qalxdıqdan bəri əsasən kürdlərin məskunlaşdığı cənub-şərq bölgəsində 1000-dən çox yaraqlı öldürülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, təhlükəsizlik qüvvələrinin 300 üzvü öldürülüb. Kürd tərəfdarı müxalifət isə yüzlərlə mülkü vətəndaşın öldürüldüyünü bildirib.

PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat hesab edilir.

XS
SM
MD
LG