Accessibility links

Türkiyədə daha bir terror hücumu olub


Xəstəxana rəsmilərinin bildirdiyinə görə, bu gün Türkiyənin cənubunda, Cizre şəhərində avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 11 polis zabiti həlak olub, çox sayda insan yaralanıb.

Yerli xəbər kanalları polis məntəqəsi olduğuna inanılan yerdə baş vermiş partlayışdan sonra ətrafı tüstü bürüdüyünü nümayiş etdirib.

Bugünkü partlayış yerli vaxtla səhər saat 6:30-da törədilib.

Türkiyə rəsmiləri hücuma cavab veriləcəyini vəd edib.

“Biz hücumu törədənlərə layiq olduqları cavabı verəcəyik. Heç bir terror təşkilatı Türkiyəni təhdid edə bilməz” - deyə baş nazir Binali Yildirim İstanbulda keçirilən mətbuat konfransında bildirib.

Cizre şəhəri Suriya və İraqla sərhəddə, kürdlərin geniş məskunlaşdığı Sirnak vilayətində yerləşir.

Hücuma görə məsuliyyəti dərhal üzərinə götürən olmayıb. Lakin dövlətə məxsus Anadolu xəbər agentliyi hücumu PKK təşkilatının törətdiyinin ehtimal edildiyini bildirib.

PKK təşkilatı azı bir polis məntəqəsinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

XS
SM
MD
LG