Accessibility links

Türkiyədə siyasi böhran [Təhlil]


Türkiyədə yüzlərlə polis işindən azad edilib. Bu addım bu yaxınlarda hökumətin yüksək səviyyəli rəsmilərinə qarşı korrupsiya qalmaqalı ilə bağlı başlatdığı istintaqdan sonra atılıb.

Bazar ertəsi yerli vaxtla gecə yarısı paytaxt Anakarada 350 polis zabiti ya işdən çıxarıldı, ya da digər bölgələrə göndərildi. Bu addımlar hökumət rəsmilərinin tikinti sahəsində qeyri-qanuni pul köçürmələri və qonşu İrandan gələn pulların yuyulması ilə bağlı qalmaqalın davamı olaraq atıldı. Hadisədə adı hallanan üç nazir vəzifəsindən azad edildi və onların oğulları həbs edildi.

Baş nazir Rəcəb Tayyib Ərdoğan baş verənləri çirkin qəsd adlandıraraq, bütün bunların onun hökumətinə qarşı beynəlxalq konspirasiya olduğunu dedi.

İstanbuldan siyasi təhlilçi Çingiz Aktar getdikcə dərinləşən böhranın ölkənin stabilliyinə hədə olduğunu deyir. “Məhkəmə sisteminin həlledici rol oynadığı demokratik ölkədə bütün baş verənlər xaos yarada bilər.”

İstanbulun polis rəisi də daxil edilməklə, yüzlərlə polis zabiti və prokuror artıq vəzifələrindən azad ediliblər ki, bu sıraya İstanbulun polis rəisi və maliyyə təhqiqatının rəhbəri də daxildir. Hökumət rəsmiləri bütün baş verənlərdə hazırda Birləşmiş Ştatlarda yaşayan, İslamçı hökumətin tərfdarı Fətillah Güləni dəstəkləyənləri günahlandırır. Onlar Gülənin korrupsiya ilə bağlı istintaqın arxasında durduğunu desələr də, cənab Gülən bunu rədd edir.

Rəcəp Teyyib Ərdoğan və Fətullah Gülən
Rəcəp Teyyib Ərdoğan və Fətullah Gülən
Türkiyənin Milliyet qəzetinin siyasi məsələlər yazarı Əsli Aydıntaşbaş deyir ki, hökumətin konspirasiya ilə bağlı iddialarının dürüstlüyünü müəyyən etmək çətindir.
“Bunun Gülənçilərlə hökumətin hakimiyyət uğrunda mübarizəsinin bir hissəsi olması aydındır. Gülənçilərin məhkəmə və polis sistemində gücə malik olduğu da məlumdur. Lakin bunun Gülənçilərin ABŞ-ın Pennsilvaniya ştatında yaşayan Fətullah Güləndən göstərişlər alması səbəbindənmi və ya sadəcə emosiyaların coşması olduğunu demək çətindir.”

Gülən tərəfdarlarının daha geniş təmizlənməsi işi yaxın vaxtlarda baş verə bilər.
Ədalət və İnkişaf Partiyasının yüksək səviyyəli deputatlarından biri Twitter vasitəsi ilə hökumətin əlində polis, məhkəmə, jurnalist və biznesmenlərin adı daxil olamqla, 2 minə qədər Gülən tərəfdarlarının siyahısı olduğunu bildirib. Lakin hökumət belə bir siyahının olduğunu inkar edir.

Türklər Ərdoğan hökumətinə və korrupsiyaya etiraz edirlər
Türklər Ərdoğan hökumətinə və korrupsiyaya etiraz edirlər
Politoloq Aktar Ərdoğan hökumətinin hakimiyyətə gəldikdən bəri ən ciddi problemlə üzləşdiyini deyir. “Bu ən ciddi böhranlardan biridir. Bu bəlkə də son 11 ildə ən böyük böhrandır, çünki burada rejimin aparıcı təsisatlarından bəhs edilir və bunun nə ilə başa çatacağı məlum deyil.”

Polis və məhkəmə işçilərinin işdən kütləvi şəkildə azad edilməsi bu gün korrupsiyanın qarşısını aldı. Lakin siyasi yazar Aydıntaşbaş hökumətin xirtdəyə qədər korrupsiya ittihamlarında batdığını və bu bəladan qurtarmağa çalışdığını deyir. O deyir ki, cənab Ərdoğan qarşıdan gələn seçkiləri udmaq üçün əlindən gələni edəcək.

Bu ittihamlardan bəziləri çox ciddidir və buna heç cür biganə qalmaq olmaz. Biz mart ayında yerli seçkilərə getməliyik, bu isə Ərdoğan və onun hökuməti üzərində referendum deməkdir.
Əsli Aydıntaşbaş
“Bu ittihamlardan bəziləri çox ciddidir və buna heç cür biganə qalmaq olmaz. Biz mart ayında yerli seçkilərə getməliyik, bu isə Ərdoğan və onun hökumətinin referendum deməkdir. Bu yerli hökumətlərin deyil, Ərdoğanın taleyidir.”

Müşahidəçilərin fikrincə Ərdoğan hələ də gücsüz bir müxalifətlə üzləşdiyini bilir. Lakin böhranın iqtisadiyyata vurduğu ziyan böyüdükcə və türk valyutasının dəyəri düşdükcə, vətəndaşların səsverməyə hansı əhval-ruhiyyə ilə gedəcəkləri qeyri-müəyyən görünür.
XS
SM
MD
LG