Accessibility links

Türkiyədə çevriliş cəhdindən sonra ədliyyə sistemində həbslər aparılır [Təhlil]


Türkiyədə keçən ay hərbi çevriliş cəhdindən sonra polis İstanbulda məhkəmələrdə reydləri davam etdirir. Bu təqiblər Qərb müttəfiqlərini narahat edir. Türkiyə rəsmiləri isə bildirir ki, Qərb 240 insanın ölümünə səbəb olan çevriliş cəhdindən daha çox aparılan reydlərə görə narahatdır.

Polis İstanbulun üç əsas məhkəməsinin qapılarını möhürləyib. Təhlükəsiz qüvvələri məhkəmə heyətinin 170-dən çox üzvünü həbs etməyi planlaşdırdığını bildirib.

Məhkəmə binasının otaqlarında axtarış aparılıb, onlarla insan saxlanılıb. Saxlanılan şəxslər ABŞ-da yaşayan dini xadimi Fətullah Gülənlə əlaqəsi olmaqda ittiham edilir. İttihamçılar Gülənin çevriliş cəhdinin arxasında olduğunu bildirir. Gülən isə bu iddiaları rədd edir.

Fətullah Gülən
Fətullah Gülən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gülənlə əlaqəsi olan hər bir kəsin ifşa ediləcəyinə söz verib.

"FETÖ təşkilatını zərərləşdirmək və xainləri məsuliyyətə cəlb etmək bizim borcumuzdur", deyə prezident bildirib.

FETÖ Fətullah Terrorist Təşkilatı adının qısaldılmış formasıdır.

Keçən həftə 648 hakim və ittihamçı barədə həbs qərarı çıxarılıb. Minlərlə digər məhkəmə üzvü vəzifələrindən uzaqlaşdırılıb.

Bazar günü axtarışda olan baş hakim Suriyaya qaçmaq istəyərkən saxlanılıb. Ayşə Sözən Usluər Ərdoğanın xarici əlaqələr üzrə məsləhətçisidir. O deyir ki, onların mübarizə apardığı təşkilat on illərdir dövləti ələ keçirmək istəyir.

“Təşkilatın yaranması tarixi 1980-ci illərə gedir çıxır. Onun mövcud olduğu məlum idi və onun dövlət strukturları daxilində fəaliyyətləri hamıya məlumdur. Bu, bir təşiklatldır və dövlətin müxtəlif strukturlarında fəaldır" deyə Usluər bildirib.

60 minə yaxın insan vəzifəsindən uzaqlaşdırılıb və 18 minə yaxın insan çevriliş cəhdi ilə əlaqədar həbs edilib.

Keçən ay prezident Ərdoğan ölkədə fövqəladə vəziyyət elan edib.

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və xanımı Əminə Gülbaran.
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və xanımı Əminə Gülbaran.

Cumhuriyet qəzetinin köşə yazarı Semih İdiz deyir ki, təqiblər intensivləşdikcə narahatlıqlar artır.

“Hökumətin fövqəladə vəziyyətdən fərqli məqsədlər üçün də istifadə edə bilməsi kimi risk mövcuddur. Bu qədər insanın həbsi və ya saxlanılması narahatlıq yaradır.”

Türkiyənin Qərb müttəfiqləri çevriliş cəhdində şübhəli bilinənlərə qarşı qanun çərçivəsində hərəkət edilməsinə çağırıb.

Bazar günü çıxışı zamanı Ərdoğan bildirib ki, çevriliş cəhdindən sonra ölkədə vəziyyət dəyişib. Müşahidəçilərin fikrincə, siyasi konsensusun əldə edilməsi Türkiyənin hazırki vəziyyətdən çıxması üçün yaxşı imkan ola bilər. Lakin təqiblərin davam etdirildiyi şəraidə belə bir konsensusun necə əldə olunub saxlanacağını hadisələrin inkişafı göstərəcək.

XS
SM
MD
LG