Accessibility links

İstanbullu gənclər Türkiyənin demokratiya modelinə necə baxır


İstanbullu gənclər Türkiyənin demokratiya modelinə necə baxır
İstanbullu gənclər Türkiyənin demokratiya modelinə necə baxır

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan ərəb dünyasında öz ölkəsini regional liderə çevirə bilmiş bir qəhrəman kimi tanınır. Baş nazir islam və dünyəvilik arasında balansdan danışaraq, Türkiyənin demokratiya modelini nümunə gətirir. Lakin Türkiyənin ən böyük dünyəvi şəhəri olan İstanbulda əhval-ruhiyyə bir qədər fərqlidir.

İstanbul əhalisinin əksəriyyəti müsəlman olan Türkiyənin ən böyük dünyəvi şəhəridir. Gənc istanbullular müasir gənclərdən seçilmir. Lakin siyasətdən söhbət düşəndə onlar danışmağı o qədər sevmir.

Baş nazir Rəcəp Tayyib Ərdoğana həm ölkənin özündə, həm də ölkənin xaricində böyük hörmət var. Onun sədri olduğu Ədalət və İnkişaf partiyasının sözçüsü Hüseyn Çelik cənab Ərdoğanın mühafizəkar proqramının repressiv mahiyyət daşığıdı fikrini rədd edir.

Cansu Ergün və onun tələbə yoldaşları qlobal internet əlaqələrinin mövcud olduğu dünyada çox rahat yaşayır. Onlar siyasətdən uzaq durmağa çalışır.

Lakin Ergün inanır ki, insanlar azadlıqları əllərindən alınsa, etiraz edə bilər. “Türkiyədə insanlar sakitdir. Onlar çox etiraz etmir, çünki hökumət insanlara çox danışmağa imkan vermir. Amma geriyə doğru radikal dəyişiklik olsa, mən inanıram ki, adamlar bir iş görəcək”-deyə o bildirir.

Türkiyənin müxalifətçi Xalq Cumhuriyyət partiyasının üzvü Faruk Loğoğlu adamların danışmağa qorxduğu fikri ilə razılaşır. O deyir ki, cənab Erdoğanın hakim partiyası Türkiyədə demokratiya və qərb həyat tərzi tərəfindən təhlükə altındadır. “Onlar dini görüşlərin xeyrinə dünyəvi baxışların miqyasını azaltmağa çalışır“-deyə o bildirir.

O deyir ki, hökumət onlarla jurnalisti həbs edib və YouTube kimi saytı bağlayıb. Onun sözlərinə görə, bu, qorxu atmosferi yaradır. “İnsanlar təkcə sizinlə danışmağa qorxmur, onlar bir-biri ilə də danışmağa qorxur, çünki ölkədə danışıqlara qulaq asılır və bu, təəssüf ki, bizim hamımıza aiddir”-deyə o bildirir.

Türkiyə gəncləri öz ölkələri ilə fəxr edir. Onların gələcəyi cənab Ərdoğanın mühafizəkar ideologiya və azadlıq arasında yolu necə seçəcəyindən asılı olacaq.

XS
SM
MD
LG