Accessibility links

Baş nazir Ərdoğan lideri olduğu Ədalət və İnkilşaf partiyasının qurultayında danışıb

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyədə hərbi çevrilişlər dövrünün bitdiyini və Türkiyənin müsəlman ölkələri üçün nümunə olduğunu deyib.

Cənab Ərdoğan bu açıqlamaları iqtidar partiyası olan Ədalət və İnkişaf partiyasının qurultayında verib.

2002-ci ildə hakimiyyətə gələn islam meylli Ədalət və İnkişaf partiyası Türkiyədə dünyəvi sistemi saxlasa da, ölkədə hərbi qüvvələrin nüfuzunu azaltmağa nail ola bilib. Bu ayın əvvəli Türkiyə məhkəməsi 2003-cü ildə dövlət çevrilişi cəhdi ittihamları ilə silahlı qüvvələrin 300-dən çox zabitinin həbsinə dair qərar çıxarmışdı.

Partiya qurultayında cənab Ərdoğanın Türkiyə siyasətində aparıcı rolunu saxlaya biləcəyinə ümid edən partiyada rəhbər vəzifələri tutucaq yeni liderlərin adlarını açıqlayacaq.

Baş nazir Ərdoğan 2001-ci ildə yarandığı dövrdən Ədalət və İnkişaf partiyasının lideri olmuşdur. Onun 2014-cü ildə Türkiyədə prezident seçkisində namizədliyini irəli sürəcəyi gözlənilir.
XS
SM
MD
LG