Accessibility links

Bu gün Türkiyədə ilk dəfə səsvermə yolu ilə prezident seçkiləri keçirilib. Əvvəllər Türkiyədə prezident parlament tərəfindən təyin edilirdi.

Milyonlarla insan baş nazir Rəcəb Tayyip Ərdoğan, İslam Əməkdaşlığı Təşkilatının sabiq rəhbəri Elmeleddin İhsanoğlu və kürd tərəfdarı Xalqın Demokratiyası Partiyasından Selahattin Demirtaş arasında seçim edib.

İlkin nəticələrə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan öndə gedir. Səslərin 52 faizinin hesablanmasından sonra Ərdoğanın 50 faizdən artıq səs topladığı bildirilib. Ekmeleddin İhsanoğlu 35 faiz səslə ikinci yerdədir. Demirtaş isə 9 faiz səs qazanıb.

Türkiyə televiziyası ilə Ərdoğanın qələbə çıxışı etmək üçün Ankaraya yola düşməzdən əvvəl məscidə getdiyi nümayiş etdirilib.

3 dönəm baş nazirlik vəzifəsində olan Ərdoğana qələbəsi daha 10 hakimiyyət bəxş etmiş olacaq.

ATƏT-in seçki müşahidəçiləri səsvermənin yaxşı təşkilatlandırıldığını və sakit keçdiyini bildirib.

İrəlidə gedən Ərdoğan seçildiyi təqdirdə konstitusiyada dəyişiklik edərək, icraçı prezidentlik təsis etməyə çalışacaq. Baş nazir prezidentə parlament çağırmaq, kabinet nazirləri və baş nazirin, habelə bəzi hakimlərin təyinatına səlahiyyət veriləcəyini bildirib.

Ərdoğanın dindar mühafizəkar tərəfdarları onun Türkiyəyə gətirəcəyi yenilikləri nailiyyət kimi qiymətləndirir.

Baş nazirliyi müddətində Ərdoğan hökumətdə əksətriyyət təşkil edən dünyəvi nümayəndələrlə münasibətlərini pozub.

Tənqidçiləri Ərdoğanın dinə əsaslanan və avtoritar siyasətindən narahatdır.

Baş nazirin seçki şüarı “Xalqın iradəsi, xaqın gücü”dür.

Namizədlər lazımi səsi əldə edə bilməsə, təkrar seçkilər avqustun 24-də keçiriləcək.

XS
SM
MD
LG