Accessibility links

Rəcəb Tayyib Ərdoğan hökumətə qarşı etirazlara görə ekstremist elementləri günahlandırıb [Yenilənib]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir neçə gündür hökumətə qarşı davam edən etirazlara görə ekstremist elementləri günahlandıraraq, əhalini sakitliyə çağırıb. Cənab Ərdoğan bu müraciətlə bu gün, Mərakeşə səfərindən əvvəl çıxış edib.

Son illər Türkiyədə ən böyük etitrazların keçirildiyi İstanbulun Taksim meydanında bu gün sakitlik olsa da, barikadalar qalmağa davam edib.

Birləşmiş Ştatların dövlət katibi Con Kerri ölkədəki etirazlar zamanı polisin zorakılıqlara əl atdığı barədə xəbərlərə görə narahatlığını bildirmiş və Türkiyə hökumətinı ifadə azadlığının müdafiəsinə və təmkinə çağırıb. Cənba Kerri etirazçılara da müraciət edərək, provakasiyalara uymamağı tövsiyə edib.

Şəhərdə park salınması əleyhinə başlayan etirazlar Ərdoğan hökumətinin istefası tələbi ilə davam etdirilib. Bu gün səhər də İstanbul və Ankara polisi baş nazir Ərdoğanın ofislərinə üz tutan etiraz iştirakçılarına qarşı gözyaşadıcı qazdan istifadə edib.

Türkiyənin Daxili İşlər Nazirliyi keçən həftə etiraz aksiyaları zamanı 1700 adam həbs edildiyini, lakin sonradan çoxunun azad edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG