Accessibility links

Türkiyə yük təyyarəsinin Qırğızıstanın əsas hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində uşaqlar da daxil olmaqla 37 nəfər həlak olub.

Türkiyənin ACT havayolları şirkətinə məxsus olan Boinq 747 təyyarəsi dumanlı hava şəraitində eniş etməyə cəhd edən an paytaxt Bişkekdən 25 kilometr şimalda, Manas hava limanı yaxınlığında yerləşən kənddə evlərin üzərinə düşüb.

Hava limanı rəsmiləri təyyarənin Honq Konqdan İstanbula istiqamətləndiyini və yolüstü Manas aeroportunda eniş etmək istədiyini bildirib.

Rəsmilər ölənlərin əksəriyyətinin yerdə olduğunu deyib. Hadisə nəticəsində 15 ev dağılıb.

Qırğızıstanın baş nazirinin müavini Məhəmmədkali Əbülqaziyev müxbirlərə deyib ki, hadisə pilotun səhvi ucbatından olub.

Ən azından axşamadək Manas aeroportu bağlanıb və uçuşlar təxirə salınıb.

XS
SM
MD
LG